Xarici ölkələrin dövlət və hökumət başçıları Bakıda keçirilən Qlobal Forumu yüksək qiymətləndirir
Siyasət

Xarici ölkələrin dövlət və hökumət başçıları Bakıda keçirilən Qlobal Forumu yüksək qiymətləndirir

Azərbaycanın dünyada baş verən qlobal məsələlərin həlli istiqamətində ev sahibi kimi çıxış etməsi müxtəlif ölkələrin dövlət hökumət başçıları tərəfindən hər zaman yüksək qiymətləndirilib. Müasir dünyanın əsas problemləri sayılan müharibə, pandemiya, iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır bu problemlər ölkələr qarşısında yeni çağırışları zəruri edir.

Ölkəmizin son illər ərzində beynəlxalq münasibətlərdə oynadığı mühüm rolu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da keçirilən "Dünya bu gün: Çağırışlar ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda çıxış edən liderlər qeyd ediblər. Forumun mövzusunun müzakirə baxımından əhəmiyyətli olduğunu deyən liderlər qlobal dünya nizamını təhdid edən mühüm problemlərdən, o cümlədən dünyada təhlükəsizliyin sülhün təmin olunması perspektivlərindən danışıb tədbirdə iştirak etməkdən məmnunluqlarını vurğulayıblar. Bu dəfə "Dünya bu gün: Çağırışlar ümidlər" mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

Tədbirdə söz alan Latviya Respublikasının Prezidenti Egils Levits çıxış edərək bildirib ki, Forumun mövzusu müzakirə baxımından olduqca əhəmiyyətlidir. Latviya ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan Egils Levits ölkəmizin son illər ərzində beynəlxalq münasibətlərdə oynadığı mühüm rolu yüksək qiymətləndirib. Latviya dövlət başçısı qeyd edib ki, 120 üzv dövlətdən ibarət olan Qoşulmama Hərəkatında Azərbaycan aparıcı rol oynayır. Ölkəmizin son illər ərzində beynəlxalq münasibətlərdə oynadığı mühüm rol artıq bütün dünya tərəfindən etiraf olunub əslində, Azərbaycan siyasi baxımdan yəni, sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb.

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlərdən, o cümlədən dünyada təhlükəsizliyin sülhün təmin olunması istiqamətində perspektivlərdən danışıb, dünyamızın üzləşdiyi çağırışların müzakirəsi baxımından X Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib. Forumun təşkilinə burada iştirak etməyə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəyə çevirdiyi bu tədbirdə iştirak etməkdən məmnunluğunu gözəl Bakı şəhərində, odlar yurdu Azərbaycanda olmaqdan çox şad olduğunu, ölkəmizdən dahi şair filosof Nizami Gəncəvinin yaradıcılığından müsbət enerji aldığını söyləyib. Bundan sonra da Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, belə bir mötəbər auditoriyada dünyanın ən təcrübəli insanları ilə bir yerdə olmaqdan çox şad olduğunu bildirib. Daha bir BMT nümayəndəsi İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima pandemiyadan sonrakı dövrdə beynəlxalq səviyyədə inteqrasiyanı gücləndirməyin əməkdaşlığı genişləndirməyin vacib olduğunu, belə bir platformada müzakirələrdə iştirakdan şad olduğunu ifadə edərək X Qlobal Bakı Forumunun açılış mərasiminə qoşulmaqdan olduqca məmnun qaldığını söyləyib. Göründüyü kimi, Azərbaycan hər zaman bir çox qlobal çağırışlara cavab verən qabaqcıl siyasət yürüdüb. Ölkəmiz dövlətlər xalqlar arasında mədəniyyətlərarası dialoqu təşviq etməkdə, müharibələrin sülh yolu ilə həll olunmasına, müxtəlif etnik qruplar arasında qarşılıqlı fəaliyyəti gücləndirməkdə dünyanın müxtəlif hissələrində yaşayan insanlar arasında mədəni əməkdaşlığın təbliğ olunmasında böyük töhfələr verir.

Musa BAĞIRLI,

"Respublika".