XOCALI
Digər xəbərlər

XOCALI

O dəhşətli, vahiməli gecədə,

Büründü Xocalı qanlı örpəyə,

Günahsız xalqımı qıran vəhşilər,

Fərq qoymadı qoca, cavan, körpəyə.

* * *

Kişi, qadın, uşaq, məhəl qoymadan,

Azğın düşmən öldürürdü hər kəsi,

Əzab ilə ölənlərin səsini,

Batıra bilmirdi tankların səsi.

* * *

Biri diri-diri yandırılırdı,

Digərinin dərisi soyulurdu,

Bəzisinin başını kəsirdilər,

Eləsi var gözləri oyulurdu.

* * *

Hissələrə bölürdülər insanı,

Kəsirdilər ayaqları, əlləri,

Adam necə törədə bilər axı?

Bütün bu əməlləri.

* * *

Yox, bu işi görənlər adam deyil,

Yalnız vəhşi heyvan törədər bunu,

Səbir edin, görün nə olacaqdır,

İnsan cildli bu heyvanların sonu.

Firad FUADOĞLU.

26.02.2012.