Xocalı soyqırımı -
Sosial həyat

Xocalı soyqırımı - "Ana fəryadı"

Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan, Bakının Xətai rayonunda 1993-cü ildə inşa edilən, "Ana fəryadı" abidə kompleksinin yerləşdiyi parkda Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb.

Abidənin ətrafı və park boyu abadlıq, təmizlik işləri görülüb. İşıq dirəkləri, oturacaqlar, səkilərdəki məhəccərlər yenidən rənglənib. Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfizadə küçələrində və yollarda da abadlaşdırma işləri həyata keçirilib. Həmçinin Xocalı prospekti boyu yerləşən binaların fasadlarına, hasarlara soyqırıma aid foto bannerlərin vurulması da nəzərdə tutulub.