Yağış yağması atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərib
Ekologiya

Yağış yağması atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərib

Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəricilərinin norma daxilində olduğu müəyyən edilib.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, hava şəraitinin yağıntılı keçməsi atmosfer havasının keyfiyyətinə öz müsbət təsirini göstərib.

“Gün ərzində atmosfer havasının keyfiyyətinin əlverişli və oksigenlə zəngin olacağını demək olar”,- deyə N.Mahmudov bildirib.