Yarım il ərzində 8 mindən çox kommersiya qurumu dövlət qeydiyyatından keçib
İQTİSADİYYAT

Yarım il ərzində 8 mindən çox kommersiya qurumu dövlət qeydiyyatından keçib

Cari ilin  6 ayı ərzində 8 min 12 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların da 87,9 faizi yerli investisiyalı, 12,1 faizi isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,3 faizi elektron qaydada qeydə alınıb.

Bununla bağlı Dövlət Vergi XidmətindənRespublika”ya bildirilib.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (FİN kod+mobil nömrə) 2023-cü ilin 6 ayında 6 min 989 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu ilin 6 ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 17 faiz artıb.