Yeni virus artıq 51 ölkəyə yayılıb
Səhiyyə

Yeni virus artıq 51 ölkəyə yayılıb

Koronavirusun yeni versiyası Eris sürətlə yayılmağa başlayıb. 

"Respublika" "Hürriyet"ə istinadən xəbər verir ki, virus ağır xəstəlik və ölüm riski baxımından qorxulu deyil.

Erisin əlamətləri isə bunlardır: boğaz ağrısı, burun axması, asqıraq, öskürək, baş, əzələ ağrıları, qoxuda dəyişiklik. 

Töhfə SƏMƏDOVA,
"Respublika".