YOLLAR ƏSASLI TƏMİR EDİLİR
Region

YOLLAR ƏSASLI TƏMİR EDİLİR

Lənkəran şəhəri səliqəli küçə, park və xiyabanları ilə göz oxşayır. Şəhər İcra Hakimiyyəti tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat vasitələrinin, piyadaların rahat hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.  

Lənkəran şəhərinin sosial-iqtisadi inkişafına dair Tədbirlər Planına uyğun olaraq şəhərdaxili yolların əsaslı təmirinə başlanılıb. Şəhərin Hənifə Abdullayev küçəsində deformasiya nəticəsində yolun asfalt örtüyü dağılmış, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdı. Bu günlərdə yolda əsaslı təmir işləri aparılıb, küçəyə yeni asfalt örtüyü döşənib.

Lənkəran şəhərinin Qala Xiyabanı küçəsində də təmir işləri başa çatmaq üzrədir. Yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt örtüyünün yenilənməsi prosesi uğurla davam etdirilir. Yaxın vaxtlarda şəhərdə daha bir neçə küçənin asfaltlanması nəzərdə tutulub. Sakinlər sosial problemlərin həllinə göstərilən diqqətə, yollarda yaradılmış rahatlığa görə razılıqlarını bildirirlər.

Əlisəfa HƏSƏNOV,

 “Respublika”.