Yuğ Dövlət Teatrı Sabirabadda
Mədəniyyət

Yuğ Dövlət Teatrı Sabirabadda

Mədəniyyət Nazirliyinin dəstəyi ilə regionlara teatrların qastrol səfərlərinin təşkili çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan Milli Teatrının 150 illik yubileyi münasibətilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Yuğ Dövlət Teatrının təqdimatında “Toy dəstgahı” tamaşası nümayiş olundu.

Görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi əsasında hazırlanan tamaşaya rejissor Günay Səttar tərəfindən quruluş verilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əmək kollektivləri, mədəniyyət işçiləri, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak etdilər.

Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılandı.

Tofiq Hüseyn,

“Respublika”.