YURDA KÖÇƏN ELLƏR
Sosial həyat

YURDA KÖÇƏN ELLƏR

Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra ilk başlayacağı bölgənin abadlaşdırılması, tikinti-quruculuğu işləri oldu. Baxmayaraq ki, Ermənistanın işğal dövründə bölgəni talan etməklə yanaşı, bir "mühüm" işi əraziləri tamamilə minalamaq olmuşdur, dövlətimiz bu problemin öhdəsindən öz maddi gücü hesabına gəlir. Mərhələli şəkildə həyata keçirilən minatəmizləmə prosesindən sonra, kənd şəhərlərimizin abadlaşdırılması tikinti-quruculuq işlərinin aparılmasına start verildi. İlk müjdə Zəngilanın Ağalı kəndindən başladı.

Respublikamızda ilk dəfə olaraq "Ağıllı kənd" layihəsi məhz burada icra olundu. Kənddə yeni üslubda, bütün kommunal şəraitlə təmin edilmiş evlər tikildi. İlk mərhələdə 200 ev tikilib istifadəyə hazır vəziyyətə gətirildi. Sonrakı mərhələdə daha 150 evin tikintisi planlaşdırıldıEyni zamandainfrastruktur üçün lazım olan iaşə müəssisələri, məktəb, bağça, poçt digər müəssisələr istifadəyə verildi. Ötən ilin sentyabr ayında Ağalı məktəbində illərdən sonra ilk dəfə məktəb zəngi çalındı. Kənd məktəbi öz fidan balalarını sinif otaqlarına səslədi. İnsanların bölgəyə gəlişi, yaşayışın bərpa olunması yeni, daha gözəl həyatın firavan gələcəyin göstəricisidir. İşğal dövründə dağıdılıb viran qoyulan kəndlərimiz yenidən canlanır, keçmiş görünüşündən gözəl bir formaya salınır.

Bu gün Qarabağ Azərbaycanın dünyaya açılan qapısı rolunu oynayır. Ərazinin iqtisadi gücü, yeraltı, yerüstü sərvətləri əlbəttə kisəfalı təbiəti dünyanın maraq dairəsindədir. Yüksək turizm potensialı olan bölgə gələcəkdə xarici dövlətlər üçün daha əhəmiyyətli olduqca maraqlı məkan olacaq. Həmçinin Zəngilan  rayonuRayonda aparılan bərpa-quruculuq işləri Ağalı ilə bitmir. Ölkə başçısı dəfələrlə rayona səfər etmişdir. Rayonda qısa müddətə tikilən Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Prezident İlham Əliyevlə birlikdə, Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir. Tikilən obyektlər arasında şəhərin mərkəzində salınacaq məhəllədə ilk yaşayış binası da var. Ümumilikdə 10 bina üçün nəzərdə tutulan məhəllədə binalardan 6- ikimərtəbəli, 4-ü isə üçmərtəbəli olacaq. Digər tikinti işləri 960 yerlik məktəb binasında aparılır. Rayonda aparılan tikinti-quruculuq işləri çərçivəsində iaşə obyektləri ilə yanaşı, bir çox fabrik "Dost Aqropark" kompleksinin tikintisi sürətlə həyata keçirilir. Bu Aqropark Zəngilanın iqtisadi inkişafında mühüm rol oynayacaq.

"Böyük Qayıdış" layihəsi çərçivəsində həyata keçirilən işlər uğurla davam  etdirilir. İlk olaraq yeni görkəmdə olan Ağalı kəndi öz sakinlərini qəbul etdi. 2022-ci ilin yayından başlayaraq yurda sarı köç başladı. Mərhələli şəkildə həyata keçirilən köç prosesi bu gün davam edir. Fevralın 28- 50 nəfərlik 10 ailə Ağalıya köçürülüb. Bu yaxınlarda isə Ağalıda uzun illərdən sonra ilk körpə dünyaya gəlib. Artıq Ağalının yeni görkəminə yeni nəfəs, əhvali-ruhiyyə gəlir. İnsanlar doğma yurdlarına qayıdışın sevincini yaşayırlar. Kənd sakinləri öz kəndlərində, doğma evlərində bayramlarını qeyd edirlər. Novruz bayramı ərəfəsində yurda qayıdışın daha bir etapı baş tutub. Martın 3- Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən yola salınan 10 ailənin 44 üzvü növbəti köç karvanı ilə Ağalı kəndinə yola düşüb. Kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunmaqla bərabər, həm peşə ixtisaslarına qabiliyyətlərinə uyğun olaraq işlə təmin olunurlar. Müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabriklərində digər sahələrdə işləyəcəklər. Ümumilikdə, bu gün Ağalıda 86 ailənin 420 nəfərdən ibarət sakini yaşayır. Yaxın günlərdə Laçın rayonunun sakinlərinin köçü həyata keçiriləcək.

Bayram günlərində daha bir müjdəli xəbəri aldıq. Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndindən aldıq. Belə ki, olduqca strateji əhəmiyyətə malik olan Talış kəndi  2020-ci il oktyabr ayınınn 3- işğaldan azad edilmişdir. Az bir müddətdə dövlət başçısının tapşırığına əsasən kənddə  tikinti-bərpa işləri aparılmış, yeni evlər inşa olunaraq, zəruri infrastruktur yaradılmışdır. İlkin olaraq bu il martın 16-da 20 ailə Talış kəndinə köçürülmüşdür. 15 ailəyə üçotaqlı, 1 ailəyə ikiotaqlı, 4 ailəyə isə dördotaqlı fərdi evlər verilmişdir. Sakinlər, həmçinin müvafiq işlərlə təmin olunacaqlar. Bayram günlərində kənd sakinlərinin böyük sevinc hissinə səbəb olan bu hadisə dövlətimizin iqtisadi gücünün qüdrətinin göstəricisidir.

Ramidə YAQUBQIZI,

"Respublika".