Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Məktublar

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan əməkdaşlıq qarşıdakı illərdə ortaq maraq kəsb edən bütün sahələrdə daha da dərinləşəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Hörmətlə, 

Sahle-Vork Zevde,

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti.