Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Kənd təsərrüfatında inqilabi yenilik: Yabanı otları məhv edən robot-traktor hazırlanıb

Carbon Robotics Autonomous Weeder şirkəti kənd təsərrüfatında növbəti yeniliyə imza atıb. Şirkət süni intellekt (Al) və lazer texnologiyasından istifadə edərək fermerlərin işini asanlaşdırmaq üçün alaq otlarını məhv edən avtomatlaşdırılmış robot-traktoru satışa çıxarıb. Digər texnologiyalardan fərqli olaraq, robotlar torpaq mikrobiologiyasına zərər vermədən istilik enerjisi ilə alaq otlarını yox etmək üçün lazerdən və qiymətli məhsulları ayırmaq üçün kompüter görmə texnologiyasından istifadə edir. Avtomatlaşdırılmış robotlar fermerlərə işçi qüvvəsi ilə yanaşı, xərclərin azaldılmasına da təminat verir.

Avtonom maşın dizellə işləyir və sutkada 15-20 hektar əkin sahəsini təmizləmək üçün nəzərdə tutulub. Yabanı otları hədəf alan robot-traktor yüksəkkeyfiyyətli ön və arxa kameraları, maneələrin aşkarlanması üçün LİDAR sensorlar və metal kəsməyə qadir olan 150 vattlıq karbon dioksid lazerlə təchiz olunmuşdur.

Robotlar brokoli və soğan da daxil olmaqla müxtəlif məhsullar olan əkin sahələrində beta testindən keçirilib.

“Gecə-gündüz səylərimiz nəticəsində yüksək dəqiqliyə və görüntü keyfiyyətinə zəmanət verən, kameralarımızla sinxronizasiya edən güclü işıqlandırma sistemini inkişaf etdirdik. Gələcək həqiqətən də istehsalın genişləndirilməsi və proqram yeniliyinin davam etdirilməsindən ibarətdir. Al və dərin öyrənilmə texnologiyası müxtəlif sənaye sahələrində səmərəlilik yaradır, bunu kənd təsərrüfatında da tətbiq etməkdən məmnunuq”,-deyə Carbon Roboticsin qurucusu və icraçı direktoru Paul Mikesell bildirib.

Məlumat “Papular mechanics” veb saytında yayımlanıb.

 

Yeni kəşf Parkinson xəstəliyinin müalicəsinə kömək edə bilər

Guelph Universitetinin tədqiqatçılarının yeni kəşfi, müalicə üsulları Parkinson xəstəliyi olan insanların həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.

Parkinson neyroendogen xəstəliklər qrupuna daxildir və mərkəzi sinir sistemində dopamin neyronlarının məhv olması ilə inkişaf edir. Onun yaranma səbəbi hələ də naməlum olaraq qalmaqdadır.

Beyin hüceyrələrində qarışıq zülalların necə yayılmasını göstərən tədqiqatçılar, tapıntılarının xəstəliyin inkişafını dayandıran dərmanlara səbəb olacağına ümid edirlər.

Araşdırmaya rəhbərlik edən Molekulyar biologiya bölməsinin professoru Scot Riyan, mövcud müalicələrin xəstəliyi dayandırmaqdan daha çox yalnız simptomları müalicə etdiyini söyləyib.

Ehtimala görə, xəstəlik beynin substansiya niqra adlanan bir hissəsində yığılan alfa-sinüklein adlı bir zülalın səhv qatlanması nəticəsində əmələ gələ bilər. Bu da beyində motor fəaliyyətini idarə edən, kimyəvi xəbərdarlıq rolunu oynayan, dopamin istehsal edən sinir hüceyrələrinin itkisinə səbəb olur.

Tədqiqatçılar neyronlarda səhv qatlanmış sinükleinin LC3B adlı başqa bir zülala bağlandığını aşkar ediblər. Sinükleinin qatlanmış zülalları parçaladığını öyrəniblər.

“Normalda qatlanmış zülallar parçalanır lakin, sinükleinin hədəf aldığı neyronları sərbəst buraxması ilə bağlı bir yol tapdıq. Deqradasiya yolunu geri çevirməyimizlə xəstəliyin qarşısını ala bilərik”,-deyə professor S.Riyan izah edib. Elm adamlarının bu kəşfi gələcəkdə xəstəliyin irəliləməsinə maneə ola biləcək potensial dərmanların inkişafına yol açır. 

Araşdırma “Medical Press” saytında işıq üzü görüb.

 

NASA VİPER adlı ilk roverini aya göndərəcək

NASA-nın  idealı Ay proqramı Artemis, agentliyin ilk mobil robotunu 2023-cü ilin sonunda aya göndərməyi planlaşdırır.

Viper olaraq adlandırılan Polar Exploration Rover, gələcəkdə ayın səthindəki uzunmüddətli kəşfiyyatı ilə buz və digər su mənbələrini axtaracaq. Bir ay müddətində rover Ayın cənub qütbünü, qaranlıq bölgələrini-Günəş sisteminin ən soyuq nöqtəsini araşdıracaq.

Roverin dizaynında Ayın qaranlıq bölgələrini araşdırmaq üçün faralardan istifadə edilmişdir. Hansı ki, planetin bu sahələri milyardlarla ildir ki, günəş işığı görmür və Günəş sisteminin ən soyuq nöqtələrindəndir. Günəş enerjisi ilə işləyən rover, Ay qütbündə həddindən artıq sürətlə manevrlər etməli olacaq.

“VİPER-dən alınan məlumatlar, alimlərimizə Aydakı dəqiq yerləri və buz konsentrasiyalarını təyin etməyə kömək edə bilər. Planetdə gəzən kosmik gəmi, müxtəlif torpaq növlərini araşdırmaq üçün xüsusi təkər dəsti və asma sistemdən istifadə edərək kraterləri araşdıracaq”,-deyə NASA-nın Planet Elm Bölməsinin direktoru Daniel Gillies qeyd edib.

Bu missiyanın həyata keçirilməsi üçün NASA-nın investisiya xərci 433, 5 milyon dollardır. Astrobotik roveri CLPS vasitəsilə Aya çatdırma müqaviləsinin dəyəri isə təxminən 226, 5 milyon dollardır.

VİPER yeni əraziləri kəşf etmək üçün buzqazma, (TRİ-DENT) əməliyyatları müşahidə edən kütləvi, infroqırmızı və neytron spektrometr sistemi daxil olmaqla 4 alət daşıyacaq.

“VİPER Ay səthinə göndərilən və planetin heç görmədiyimiz hissələrini araşdırmağımıza kömək edən ən bacarıqlı robot olacaq”. Rover bizə aydakı suyun mənşəyi, paylanması haqqında məlumat çatdıracaq və Mars da daxil olmaqla, kosmosa astronavtları göndərmək üçün yeni ideyalar verəcək. Onu da qeyd edim ki, bu missiyanı ilk dəfə olaraq qadın astronavt həyata keçirəcək.

Tədqiqatla bağlı ətraflı məlumat “Fox News” saytına istinad edilib.

 

Görmə qabiliyyətini bərpa etmək üçün alimlər gen terapiyasına müraciət ediblər

Korluq insanın ictimai fəaliyyətinə ciddi təsir göstərən ən böyük səbəblərdən biridir. Amerikalı alimlər “Nature medicine” jurnalında dərc olunan məqalələrində gözdən əlillərin görmə qabiliyyətlərini qismən bərpa edə biləcəklərini iddia edirlər. Elm adamları optogenetik terapiyaya müraciət ediblər. Optogenetika, neyronları işığın müəyyən dalğa uzunluğunu həssas etmək üçün genetik modifikasiyadan istifadə edən, tibdə yeni bir sahədir. Optogenetik görmə bərpası, işığı stimullaşdıraraq gözlüklərə birləşdirən müstəqil yanaşmadır. 

Tədqiqatçılar sınaq zamanı retenit pigmentozasından əziyyət çəkən kor bir şəxsin gözünə işıq tutan zülallar düzəldərək görmə qabiliyyətini qismən bərpa ediblər. Alimlər kəhraba işığına həssas gözlərə protein seçib və onu qanqlon hüceyrələrinə çatdırmaq üçün bir cihaz icad ediblər. İstifadə edilən gözlüklər beyində saniyədə min dəfə cisim şəkili yaradaraq gözə bir nəbz göndərib. Zülallar, hər hansı bir sinir hüceyrəsini işığa həssas edə biləcək yosun və digər mikroorqanizmlərlə qurulmuşdur.

İşıq gözə daxil olduqda qanqlon hüceyrələrinə elektrik siqnalı göndərən fotoresoptorlar tərəfindən tutulur. Qanqlon hüceyrələri, siqnalları beyində optik sinirlərə göndərir.

Gen terapiyasından istifadə edərək görmə qabiliyyətini bərpa etmək alimlər üçün ilk cəhddir. Elm adamları gen terapiyasından uzunmüddətli bir müalicə olaraq istifadə edilməsindən əvvəl daha çox klinik sınaqlar aparmaq niyyətindədirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.