TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Antiseptik, dezinfeksiyaedici maddələrin satınalınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27İBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC “Nəqliyyat” filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 19 oktyabr 2021-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

-son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əmək haqqı, riskli vergi ödəyicisi olub olmaması və s. haqqında arayış;

-malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi anoloji müqavilələr haqqında məlumat;

-malgöndərənin (“podratçı” və ya “Satıcı”) hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyesterdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

-malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

-tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

-tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 25 oktyabr 2021-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat Departamentinə (Satınalma şöbəsi, 7-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54; e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 26 oktyabr 2021-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.

Tender “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.


Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC

ACIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - Elektrik təsərrüfatı üçün materialların satınalması

Tender iştirak etmək istəyən iddiaçılara təklif olunur ki, etender.gov.az dövlət satınalmaların vahid internet Portalına (Portal) elektron imza (və ya “ASAN imza”) vasitəsi ilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Portal vasitəsi ilə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı:

Lot – 1 200 manat

H/Hesabı: AZ58GUNA40060038757000000001

VÖEN: 2904286811

Bank: “Günay Bank” ASC, 1 saylı şöbə

Kodu: 512714

VÖEN (bank): 1700028531

M/ Hesab: AZ25NABZ01350100000000047944

S.W.İ.F.T: GUNAAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9.İddiaçılar mikro, kiçik, orta və iri sahibkarlıq subyektinə aid olması barədə məlumat;

10.Digər sənədlər:

Sənədlər Azərbaycan dilində (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır) təqdim olunmalıdır. İddiaçılar tender ilə bağlı suallarl Portal vasitəsilə ünvanlaya bilər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 oktyabr 2021-ci il, saat 11:00-dək, tender təklifi və bank təminatını isə Portal vasitəsilə 21 oktyabr 2021-ci il, saat 11:00-dək təqdim etməlidirlər.

İddiaçıların təklifləri 22 oktyabr 2021-ci il, saat 11:00-da Portal vasitəsilə açılacaqdır.

İddiaçılar tenderin nəticələri ilə bağlı Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tender təkliflərinin qiymətləndirilməsi və digər prosedurlar PORTAL vasitəsilə aparılır.