TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Vaqonların əsaslı təmiri üçün lazım olan mal-materialların (buksüstü lövhə, çənin boşaltma cihazının qapağı, başmaq asqıları üçün rezin oymaq, sonluq kranının dəstəyi) satınalınması ilə əlaqədar tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 17:00-a kimi) ala bilərlər.

İştirak haqqı: 100 (bir yüz) manat (ƏDV daxil).

Hesab nömrələri:

AZ57İBAZ38050019449345061205 (AZN);

AZ47İBAZ38150018409345061205 (USD);

AZ27İBAZ38150019789345061205 (EUR);

AZ64İBAZ38150018109345061205 (RUR).

VÖEN: 9900007721

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC “Nəqliyyat” filialı

Kodu: 805711

VÖEN: 9900001881

Müxbir hesab: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T. Code: İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

-Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 10 noyabr 2021-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:

-son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əmək haqqı, riskli vergi ödəyicisi olub olmaması və s. haqqında arayış;

-malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi anoloji müqavilələr haqqında məlumat;

-malgöndərənin (“podratçı” və ya “Satıcı”) hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyesterdən çıxarış və vergi şəhadətnaməsinin surəti;

-malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.

Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:

-tender təklifi (zərflərin açıldığı gündən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

-tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı. (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Təklif və təklifin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 15 noyabr 2021-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat Departamentinə (Satınalma şöbəsi, 7-ci otaq) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.

Telefon nömrəsi: +994 12 499-73-54; e-mail: nil.ismayı[email protected]

Tender təklifləri 16 noyabr 2021-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.

Tender “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na uyğun keçirilir.

Təkliflərin açılışında iştirakçıların səlahiyyətli nümayəndələri (notarial qaydasında təsdiqlənmiş sənədlə müvəkkil edilmiş şəxs) iştirak edə bilərlər.


Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti kitabların satınalınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcək.

Lot 1 - Kitabların satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, mal, iş və xidmətlərin qısa müddətdə təhvil verilməsi.

Əlaqələndirici şəxs: Aqil Əhmədov

Əlaqə telefonu: (012) 492-59-03, daxili 1127

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç. 6

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) aşağıda qeyd olunan hesaba 100 (yüz) manat məbləğində vəsaiti ödədikdən sonra tenderdə iştirak etmək üçün elektron müraciət edərək, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

VÖEN 1700091281

Bankın adı: "Kapital Bank" ASC-nin Səbail filialı

VÖEN 9900003611

M/H  AZ37NABZ01350100000000001944

H/H: AZ96AIIB33010019443507362105

Kodu: 200059

SWIFT: AIIBAZ2X

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

3. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlər şəklində və formalarda təqdim olunmalıdır);

4.4. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

4.5. İddiaçılar tərəfindən işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;

4.6. Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

4.7. Mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmasını təstiq edən sənədlər;

4.8. Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 5.11.2021-ci il saat 11:00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank zəmanətini 17.11.2021-ci il, saat: 11:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 18.11.2021-ci il tarixində saat: 11:00-da elektron portal vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak,tenderin qiymətləndirməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.