Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma
Digər xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov iyulun 21-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kiril Petkovu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC