Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 41 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 41 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 41 yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 168 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 909 nəfər müalicə olunaraq sağalıb, 9 min 975 nəfər vəfat edib. Aktiv xəstə sayı 284 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1802, indiyə qədər isə ümumilikdə 7 milyon 367 min 419 test icra olunub.

AZƏRTAC