İyunun 17-də Azərbaycanda koronavirus əleyhinə 31 doza vaksin vurulub
Səhiyyə

İyunun 17-də Azərbaycanda koronavirus əleyhinə 31 doza vaksin vurulub

İyunun 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 31 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 11, ikinci doza vaksinlərin sayı 8, üç və daha çox doza vaksinlərin sayı 10, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 350, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 794, ikinci mərhələ üzrə 4 milyon 884 min 14, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 280, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 262-dir.