İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Komandamız dünya kuboku yarışlarının finalında

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya kuboku yarışlarının finalına vəsiqə qazanıb. Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə Leyla Əliyevadan ibarət kollektiv beş halqa ilə çıxışına görə həlledici mərhələyə yüksəlib. Yarışlara aprelin 17- yekun vurulacaq.

 

Şahmatçımız Aqzamov memorialında ikinci olub

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən şahmat üzrə Aqzamov memorialına yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən Vüqar Rəsulov 7,5 xalla turniri ikinci pillədə sona çatdırıb. Digər şahmatçımız Misrətdin İsgəndərov isə 6,5 xalla səkkizinci yerdə qərarlaşıb. On bir ölkədən 63 şahmatçının mübarizə apardığı turnirin qalibi 8 xalla Beynəlxalq Şahmat Federasiyasını (FIDE) təmsil edən Volodar Murzin olub.

 

Bədii gimnastika üzrə üçüncü "AGF Trophy" beynəlxalq turniri davam edir

Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü "AGF Trophy" beynəlxalq turnirdə gənclərdən ibarət qrup hərəkətləri komandamız finala adlayıb. Gimnastlarımızın 5 iplə proqramı hakimlər tərəfindən 27,750 xalla qiymətləndirilib. Komandamız təsnifat mərhələsini ikinci pillədə başa vurub. Bədii gimnastlarımızdan Zöhrə Ağamirova Alina Gözəlova isə turnirinin finalına yüksəliblər. Böyüklərin yarışında çıxış edən təmsilçilərimiz iki alət üzrə təsnifat mərhələsində mübarizə aparıb növbəti mərhələyə adlayıblar. Halqa ilə yarışların təsnifat mərhələsində çıxış edən bədii gimnastımız Nuray Əhmədzadə finala vəsiqə qazanıb. Top ilə yarışların finalçıları da bəlli olub. Təsnifat mərhələsində ilk səkkiz pillədə yer alan gimnastlar mübarizəyə finalda davam edəcəklər. Həlledici mərhələdə Azərbaycanın iki gimnastı - Şəms Ağahüseynova Sofiya Məmmədova medallar uğrunda mübarizə aparacaq. Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə, 38 gimnast təmsil edir. Yarış, həmçinin  böyük gimnastlar üçün aprelin 21-23- Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq. Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. Qaliblər çoxnövçülük, komanda hesabı ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".