Ölkəmizdə olimpiya hərəkatının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
İdman

Ölkəmizdə olimpiya hərəkatının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

9 noyabr 2002-ci il. Şəki şəhərində beynəlxalq standartlara cavab verən Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimi. Bayramsayağı bəzədilmiş kompleksin ətrafına şəhərin qonşu rayonların on minlərlə sakini toplaşmışdı. Onların əllərində respublikamızın dövlət bayraqları, Prezident Heydər Əliyevin portretləri, "Şəkililər Azərbaycanın bu gününü sabahını Heydər Əliyev siyasətində görürlər", "Heydər-Xalq, Xalq-Heydər", "Şəkililər Heydər Əliyevin siyasətini bəyənir dəstəkləyirlər" sözləri, ulu öndərin "Bizim, sizin - hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gənclərini tərbiyə etmək, yetişdirməkdir" kəlamı yazılmış transparantlar var idi.

Kompleksin təntənəli açılış mərasimində ziyalılar adından çıxış edən ulu öndər Heydər Əliyevlə görüşənlərdən biri hazırda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyən Zərinə xanım Cavadova idi.

Zərinə xanım əməkdaşımızla söhbətində bu tarixi görüş barədə unudulmaz təəssüratlarına toxundu. Qeyd etdi ki, 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında direktor müavini işləyirdim, baş müəllim idim. Həmin vaxt Şəki tarixində olmayan bir anşlaq vardı. Hamı ulu öndər Heydər Əliyevin Şəkiyə gəlişini səbirsizliklə gözləyirdi. Həmin vaxt məni şəhər icra hakimiyyətinə dəvət edib bildirdilər ki, respublika Prezidenti Heydər Əliyev ölkədə sayca 5-ci olan Şəki Olimpiya Kompleksinin açılışına gələcək. Təklif etdilər ki, tədbirdə ziyalılar adından sən çıxış etməlisən. Açığı, bu çox böyük etimad ulu öndərin qarşısında çıxış etmək mənim üçün böyük məsuliyyət idi. Noyabr ayının 9-da səhər Olimpiya kompleksinə getdik.

Həmin gün şəhərdə hamı kompleksin açılışına gedirdi. Şəhərdə böyük axın vardı kompleks tərəfə. İnsanların üzündə son dərəcə böyük sevinc hissi vardı. Ulu öndər Heydər Əliyev gələndə orada xeyli adam toplaşmışdı. Bunu həmin anları yaşayan insanlar çox gözəl bilir. Ulu öndər insanların çoxluğunu görərək xeyli məsafəni izdihamın içindən ayaqla keçərək gəldi. Çıxışında da dedi ki, insanların çox olduğunu görən kimi, dedim ki, maşını burada saxlayın. Heydər Əliyevin üzündə sevinc hissi vardı. İzdihamın içindən keçərək kürsüyə gəldi. Burada şəhər ziyalıları, deputatlar, din xadimləri toplaşmışdı. Hamımızla bir-bir görüşdü.

Çıxışımda qeyd etdim ki, XX əsrin sonunda baş verən hadisələr göstərdi ki, şüar deyən çox oldu, lakin çətin məqamda, həlledici anlarda, millətin həyati məsələləri ortaya çıxanda Heydər Əliyevdən savayı, heç kəs özünü əsl xalq lideri kimi, millət müdafiəçisi kimi göstərə bilmədi. Xalqımız üçün böyük səadətdir ki, onun Prezidenti zamanın keşməkeşlərindən çıxmış müdrik, aqil bir şəxsiyyətdir, fədakar sədaqətli bir insandır. Elə bir Prezidentdir ki, o, öyrənə-öyrənə idarə etmir, idarə edə-edə öyrədir. Dövlətçilik təcrübəsi toplamır, əksinə, özünün zəngin bilik bacarığını xalqın rifahı yolunda sərf edir.

Zərinə xanım bildirdi ki, on minlərlə insanın ən əsası Heydər Əliyev kimi dahinin qarşısında çıxış etməyin özü çox böyük məsuliyyət idi. Xoşbəxtəm ki, o sevincli gün mənə qismət oldu. Heydər Əliyev dahi bir insan idi. İnsanın üzünə baxan kimi tanıyırdı, ürəyini oxuyurdu. Mən çıxışımda belə bir ifadə işlətdim ki, məşhur filosof Platon deyib ki, dövləti aristokrat adamlar idarə etməlidi. Mən əminəm ki, Azərbaycan xalqı ruhən mənən aristokrat olan Heydər Əliyevə növbəti dəfə yekdilliklə səs verəcək. Növbəti il ölkədə prezident seçkiləri keçirilməli idi.

Heydər Əliyevin ideyalarına sədaqətlə xidmət edən insanlardan biri olduğu üçün qürur duyduğunu deyən Zərinə xanım bildirdi ki, ulu öndər həqiqətən dahi şəxsiyyət idi. Xalqımızı məhv olmaqdan xilas etdi. Yoxsa, Azərbaycanın teleyinin necə olacağını təsəvvür etmək belə mümkün deyildi. Müstəqilliyimizin itirilməsi, Azərbaycanın parçalanması, vətəndaş müharibəsi, silahlı yolla hakimiyyətə gəlmək cəhdləri birdəfəlik aradan qaldırıldı. Azərbaycanı o çətin bir məqamdan yalnız Heydər Əliyev xilas edə bilərdi. Bugünkü dövlətimizə, şəraitimizə gücümüzə görə yalnız o dahi şəxsiyyətə minnətdar olmalıyıq. Ulu öndərin gücünün, ağlının, qətiyyət müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan öz müstəqilliyini qoruyub saxlayaraq inkişaf edib.

Dünyada keçmiş MDB ölkələrində baş verən hadisələrə nəzər salanda bir daha hiss edirik ki, xalqımız xoşbəxtdir ki, ulu öndər Heydər Əliyev kimi lideri var onun ən layiqli davamçısı Prezident İlham Əliyevdir.

Tarixi çıxışımda qeyd etdim ki, cənab Prezidentimiz, Sizə müraciətlə demək istəyirəm: Biz Sizə inanırıq. İnanırıq ki, yaranmış sabitlik daimi olacaqdır. İnanırıq ki, Azərbaycan bundan sonra da demokratiya, sivilizasiya tərəqqi yolu ilə gedəcək, müqəddəs torpaqlarımız geri qaytarılacaqdır. Biz Azərbaycanın gələcəyinə inanır bu gələcəyi yalnız Sizin adınızla bağlayırıq.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".