Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 48 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 48 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 48 yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 399 nəfər müalicə olunaraq sağalıb, 10 min 220 nəfər vəfat edib. Aktiv xəstə sayı 422 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1002, indiyə qədər isə ümumilikdə 7 milyon 580 min 828 test icra olunub.                                                                         

 

Aprelin 20-də Azərbaycanda COVID-19 əleyhinə 140 doza vaksin vurulub

Aprelin 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 140 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 12, üç və daha çox doza vaksinlərin sayı 31, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 8-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 958 min 954, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 409 min 746, ikinci mərhələ üzrə 4 milyon 880 min 515, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 597, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 96-dır.