Ağacəkmə aksiyası
Ekologiya

Ağacəkmə aksiyası

Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.  Agentliyin məlumatında bildirilir ki, mayın 10-da Prezident İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin  ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi  “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirilib.  

Ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növ meyvə və həmişəyaşıl ağaclar əkilib. Aksiyanın məqsədi ekologiyanın qorunmasına hər zaman xüsusi diqqət yetirmiş ulu öndərin əziz xatirəsini yad etməkdir.

“Respublika”.