DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ PREZIDENTINDƏN İRANIN NEFT SƏNAYESINƏ NÖVBƏTİ ZƏRBƏ

ABŞ prezidenti Cozef Bayden İranın neft məhsullarının alışını azaltmaq üçün digər ölkələrdə kifayət qədər neft neft məhsulları ehtiyatının olduğunu bildirən sirkulyar (aidiyyəti qurumlara göndərilən məktub-red) təqdim edib. Bu barədəReportagentliyinin verdiyi xəbərdə qeyd olunur. Məlumata əsasən, Cozef Bayden 2012-ci ilin Milli Müdafiə Aktına uyğun olaraq qlobal neft bazarına təsir etmədən İran neft məhsullarının alışını azaltmaq üçün hazırlanan hesabatlarla bağlı maliyyə, energetika nazirliklərinə Dövlət Departamentinə sirkulyar göndərib.

Bildirilir ki, ABŞ lideri bu vəziyyəti yaxından izləməyə davam edəcəyini vurğulayıb.

Birləşmiş Ştatlar 2012-ci ildən İrana qarşı həyata keçirilən tədbirlər çərçivəsində bu ölkənin neft məhsullarının beynəlxalq bazara tədarükünü mümkün qədər azaltmağa çalışır.

 

GÜRCÜSTANIN BAŞ NAZİRi RUSİYA PREZİDENTİNİN QƏRARINI ALQIŞLAYIB

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiyanın birbaşa uçuşları bərpa etməsini Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsini alqışlayıb. “Teleqraf.comun verdiyi xəbərə görə, baş nazir bunun müsbət addım olduğunu diqqətə çatdırıb. “Rusiyada bir milyon etnik gürcü, bizim həmvətənlərimiz var. Onların hərəkətini asanlaşdırmaq vacibdir”, - deyə Qaribaşvili vurğulayıb. Eyni zamanda, baş nazir qeyd edib ki, hazırda bir sıra böyük dövlətlərin, eləcə Azərbaycan Ermənistanın Rusiya ilə birbaşa hava əlaqəsi mövcuddur.

Superdövlət olan Çin, bizim dostumuz qonşumuz, NATO üzvü olan namizədi statusuna malik Türkiyə, eləcə BƏƏ, ABŞ-ın əsas strateji tərəfdaşlarından biri olan mənim üçün bir sıra istiqamətlərdə nümunə olan İsrailin Rusiya ilə birbaşa uçuşları var”, - deyə Qaribaşvili bildirib.

 Qeyd edək ki, rəsmi Vaşinqton daha əvvəl Gürcüstanı Rusiyayla birbaşa aviaəlaqənin bərpa olunacağı təqdirdə sanksiyaların tətbiqiylə hədələyib.

 

SUDANDA MÜNAQİŞƏ TƏRƏFLƏRİ ARASINDA BƏYANNAMƏ İMZALANIB

Sudanda bir aya yaxındır davam edən qarşıdurmanı dayandırmaq üçün ordu qüvvələri ilə xüsusi təyinatlılar arasında Ciddə Bəyannaməsi imzalanıb. “TRTtelekanalının verdiyi xəbərə görə, bəyannamə ABŞ Səudiyyə Ərəbistanının böhranının həlli üçün tərəflər arasında başlatdığı danışıqlar nəticəsində imzalanıb.

Bəyannamədə Sudan ordusu xüsusi təyinatlıların dinc əhaliyə zərər verəcək hər hansı hücumdan çəkinəcəyi bildirilir Sudan xalqının maraqlarının hər iki tərəf üçün prioritet olduğu vurğulanır. Eyni zamanda, Bəyannamədə Sudandakı bütün mülki şəxslərdən qarşıdurmanı mühasirəyə alınan əraziləri tərk etmələri, təxliyələrə icazə vermələri tərəflərin humanitar əsaslarla elan etdiyi atəşkəs rejiminə riayət etmələri qeyd olunur.

Bununla yanaşı, bildirilir ki, bəyannamə mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardım aksiyalarını asanlaşdırmaq məqsədi daşıyır. Həmçinin hər iki tərəf Sudanın suverenliyini, birliyini ərazi bütövlüyünü qorumaq əzmində olduqlarını vurğulayıblar.

 

PERUDA ÖLÜMCÜL VİRUSA YOLUXANLARIN SAYI 73 MİN NƏFƏRİ ÖTÜB

Cənubi Amerika ölkəsi olan Peruda dəngə qızdırmasına yoluxanların sayı 73 mini keçib, 80 nəfər isə həyatını itirib. “Teleqraf.comun xəbərinə görə, Perunun səhiyyə naziri Rosa Qutierrez dəngə qızdırması ilə mübarizə üçün 10 milyon dollar büdcə ayırdıqlarını bildirib.

Məlumata əsasən, ölkə hökuməti xəstəlik səbəbindən bir neçə rayonda fövqəladə vəziyyət rejimini daha 4 ay müddətinə uzadıb.

Ölkədə dəngə qızdırması hallarının artması ilə əlaqədar fevralın 25- 13 bölgədə səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edilmişdi. Qeyd edək ki, dəngə virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. Yoluxma əsasən iyun, sentyabr, dekabr mart aylarında artır.

 

RUSİYA ORDUSU BAXMUTDA BİR SIRA MÖVQELƏRİNDƏN GERI ÇƏKILIB

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Rusiya qoşunları ilə döyüşlər zamanı Baxmut Soledar yaxınlığındakı bir sıra mövqelərdən Rusiya qoşunlarını sıxışdıra bilib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədəRBC-Ukrainaməlumat yayıb. Bildirlir ki, xüsusilə, söhbət Rusiya qoşunlarının üç mövqe itirməsindən gedir. Xəritə məlumatlarına görə, Rusiya Baxmutdan qərbdə Xromovodan cənubda yerləşən İvanovskinin cənubunda mövqelərini itirib.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Baxmut rayonunda müvəqqəti işğal olunmuş Kleşiyevkanın qərbində yerləşən Stupoçekdən cənub-şərqdə yerləşən mövqedən Rusiya qoşununu geri çəkilməyə məcbur edib. Beləliklə, aydın olur ki, cəbhənin bu hissəsinə Rusiya qoşunlarının bölmələrinin Ukrayna müdafiəçiləri tərəfindən cinahlardan mühasirəyə alınma riski artır.

Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələrinin hərbçiləri Spornı müvəqqəti işğal olunmuş Soledar arasında yerləşən Beloqorovka yaxınlığındakı mövqelərdən Rusiya qoşunlarını qovublar.

 

BMT-dən MALİDƏ 500 NƏFƏRİN QƏTLİ İLƏ BAĞLI AÇIQLAMA

BMT Mali ordusunun əsgərləri naməlum əcnəbi hərbçilərin ötən ilin martında bu ölkənin mərkəzindəki Mura kəndində azı 500 nəfəri məhkəməsiz qətlə yetirdiyinə dair açıqlama yayıb. “BBCagentliyinin verdiyi xəbərə görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk açıqlama yayıb. Məlumata əsasən, Ali Komissarlığın mayın 12- yaydığı hesabatda qeyd edilir  ki, BMT aylarla davam edən araşdırmadan sonra 2022-ci il martın 27-31- Mura hadisəsi nəticəsində azı 500 nəfərin ölməsi faktı ilə beynəlxalq hüquq normalar pozulub.

Açıqlamaya görə, ölənlərin bəzilərinə hadisədən əvvəl işgəncə verilib. BMT ekspertləri azı 238 qurbanın şəxsiyyətini müəyyənləşdirib. Qətlə yetirilənlərin çoxu kişi cinsindəndir. Ölənlər arasında 20- yaxın qadın 7 uşaq var. Həmçinin 58 qadın qız təcavüzə məruz qalıb.

Bununla yanaşı, Muradakı qırğında iştirak edən əcnəbilərin milli mənsubiyyəti hesabatda birbaşa açıqlanmayıb. Volker Türkün sözlərinə görə, yerli sakinlər onların ağdərili olduqlarını vurğulayıblar.

 

İLON MASK “TWITTER”in BAŞ DİREKTORU VƏZİFƏSİNİ tƏRK EDİR

Amerikalı sahibkar milyarder İlon Mask altı həftə ərzində  “Twitterin baş direktoru vəzifəsini tərk edəcəyini açıqlayıb. “TRTtelekanalının məlumatına görə, bu barədə o, özününTwitterhesabında paylamış edib. İlon Mask bildirib ki, onun rolu məhsullara, proqram təminatına xidmətlərə nəzarət edən idarə heyətinin sədri baş texnologiya direktoru olacaq.

Eyni zamanda, Maskın paylaşımından yeni baş icraçı direktorun qadın olacağı anlaşılsa da, ad açıqlanmayıb.

Xatırladaq ki, dekabr ayında İlon MaskTwitterin baş direktoru vəzifəsindən istefa verib-verməyəcəyi ilə bağlı sorğu başlatdı nəticəni qəbul edəcəyini söylədi.

Qeyd edək ki, 17 milyon 500 mindən çox insanın səs verdiyi sorğunun nəticələrinə görə, iştirakçıların 57,5 faizi İlon Maskın getməsinə, 42,5 faizi isə vəzifəsini davam etdirməsinə üstünlük verdiyini bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.