Almaniya və Çin liderlərinin görüşü olub
Dünya xəbərləri

Almaniya və Çin liderlərinin görüşü olub

Almaniya kansleri Olaf Şolz Çərşənbə axşamı Pekində ÇXR Sədri Si Cinpinlə görüşüb.

"Respublika" xəbər verir ki, Almaniya kansleri bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. 

Almaniya kansleri Çinə səfəri çərçivəsində "tanışlıq turu" zamanı Çuntsin cənub-qərb metropolunu və Şanxayın iqtisadi mərkəzini ziyarət edib.

Görüşlə bağlı isə gündəmdə Çinin Baş naziri Li Çianla görüş, həmçinin Almaniya-Çin iqtisadi Komitəsi ilə mətbuat konfransı da yer alır.