DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA UKRAYNA  AFRİKA MİSSİYASINA RAZILIQ VERİB

Yaxın həftələr ərzində Ukrayna böhranının həlli yollarını müzakirə etmək üçün Afrika ölkələrinin liderlərinin Moskva Kiyevə səfəri planlaşdırılır. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Cənubi Afrika Respublikasının Xarici İşlər Əməkdaşlıq naziri Naledi Pandor bildirib.

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa qeyd edib ki, Rusiya Ukrayna hakimiyyətləri münaqişənin sülh yolu ilə həllini tapmaq üçün Afrika ölkələrindən ibarət nümayəndə heyətini qəbul etməyə razılaşıblar. Nümayəndə heyəti altı Afrika ölkəsini təmsil edir: Misir, Zambiya, Konqo Respublikası, Seneqal, Uqanda Cənubi Afrika.

Son iki həftə ərzində Ukraynadakı böhrana sülh yolu ilə son qoymaq üçün Afrika ölkələrinin missiyasını hazırlamaq üçün intensiv aparıldığını yaxın həftələrdə Moskva Kiyevə səfərin baş tutacağını bildirib”, - deyə Naledi Pandor vurğulayıb.

Nazir əlavə edib ki, Moskva Kiyevə getməyə hazır olan nümayəndə heyəti altı Afrika ölkəsinin prezidentindən ibarətdir.

 

ENTONİ BLİNKENDƏN ÇİNLƏ BAĞLI AÇIQLAMA

ABŞ Çinlə münaqişə yasoyuq müharibəistəmir. “Röytersagentliyinin xəbərinə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı bəyan edib.

Dövlət katibinin sözlərinə görə, ABŞ Çinə öz hərəkətlərini diktə edə ölkənin siyasi trayektoriyasını müəyyən edə bilməz, lakin öz baxışını təbliğ etmək rəqabət aparmaq hüququna malikdir.

Qeyd edilir ki, bu ərəfədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei ABŞ-ın Rusiya Çin arasında müttəfiqlik barədə bəyanatlarınıköhnəlmiş blok düşüncəsiadlandırıb.

Eyni zamanda, NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib ki, alyans Çin üçün hərbi planlar hazırlamır, əsas diqqəti Rusiya bir sıra terrorçu qruplarla qarşıdurmaya yönəldir. Bauer həmçinin əlavə edib ki, bir sıra NATO ölkələri Çin üçün belə planlar hazırlayır, lakin bu, NATO-nun ümumi hərbi səylərinin bir hissəsi deyil.

 

NİKOL PAŞİNYANIN OĞLUNU OĞURLAMAĞA CƏHD edilib

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın mayın 17- oğurlanmasına cəhd olunub. Bu barədəReportagentliyi Ermənistan mətbuatına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, Aşot Paşinyanı oğurlamaq istəyənlərOğulların çağırışıadlı ictimai təşkilatın üzvləridir. Onlar hökumət başçısının oğlunu zorla maşına mindirərəkErablurməzarlığına apardıqlarını bildiriblər. Nəqliyyat vasitəsi hərəkətdə olarkən yaranmış vəziyyətdən istifadə edən Aşot Paşinyan avtomobildən düşərək qaçmağa çalışıb. Bu zaman onu digər avtomobil vuraraq yaralayıb.

Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib. Onu qaçırmağa cəhd edənlərin isə artıq saxlanıldığı qeyd olunur.

Qeyd edək ki, “Oğulların çağırışıictimai birliyi 44 günlük müharibədə ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb. Təşkilata Ara Rüstəmyan rəhbərlik edir. “Oğulların çağırışıictimai birliyinin üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.

 

SUDANDA ŞİDDƏTLİ QARŞIDURMALAR SƏNGİMİR

Sudanda paytaxt ətraf şəhərlərdə ordu ilə  xüsusi təyinatlılar arasında şiddətli toqquşmalar davam edir. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Verilən xəbərə görə, ordu qüvvələri paytaxt Xartum, Bəhri Umdurmandakı xüsusi təyinatlıların məntəqələrinə hava zərbələri endiriblər. Bombardmandan sonra sözügedən şəhərlərdə şiddətli qarşıdurmalar başlayıb.

Sudan Həkimlər Komitəsi paytaxt Xartum, Əl-Ubeyd Qərbi Darfur əyalətinin Əl-Cüneynə şəhərindəki ölüm halları da daxil olmaqla, indiyədək 822 mülki vətəndaşın həyatını itirdiyini, 3215 nəfərin isə yaralandığını açıqlayıb.

Xatırladaq ki, Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmaları dayandırmaq üçün tərəflər arasında Səudiyyə Ərəbistanının Ciddə şəhərində aparılan danışıqlar nəticəsində mayın 11-Ciddə Bəyannaməsiimzalanmışdı.

 

SİNAN OĞAN MİLLƏT İTTİFAQININ MÜHASİRƏSİNƏDÜŞÜB

Türkiyədə mayın prezident seçkilərinin birinci turunda topladığı 5,17 faiz səslə ikinci turda əsas fiqur kimi diqqət mərkəzində olan ATA İttifaqının namizədi Sinan Oğan müxalifətin Millət İttifaqınınmühasirəsinədüşüb. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə TürkiyəninYeni Akitqəzeti yazıb.

Məlumata əsasən, bəzi təqaüddə olan hərbçilərin Sinan Oğanın yanına getdikləri Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunun onunla birlikdə hərəkət etmək istədiyini, bunun müqabilində türk dünyasından məsul olan nazirlikdə hökumətdə istədiyi vəzifəni təklif etdiyini bildiriblər.

Qəzet Kılıçdaroğlunun Oğanı nəyin bahasına olur-olsun Millət İttifaqına cəlb etməkdə qərarlı olduğunu vurğulayıb.

Eyni zamanda, nəşr seçkilərin ilk turunda prezident Rəcəb Tayyib Ərdoğana böyük fərqlə məğlub olan Kılıçdaroğlunun dəstəyini almaq üçün Oğana istədiyi hər şeyi verməyə hazır olduğunu qeyd edib.

İddia olunur ki, Kılıçdaroğlu Sinan Oğana göndərdiyi vasitəçilərlə Ərdoğanın qələbəsinin qarşısını almaq üçün əlindən gələni edəcəyi təəssüratı yaratmağa çalışır.

 

baş nazir: UKRAYNAYA DƏYMİŞ ZİYANIN REYESTRİNİN YARADILMASI QƏRARA ALINIB

Avropa Şurasının Reykyavik sammitinin iştirakçıları Rusiyanın hücumu nəticəsində Ukraynaya dəymiş ziyanın reyestrinin yaradılması haqqında bəyannamə imzalayıblar. “Reportagentliyinin xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.

Reykyavikdə Ukraynaya hücum nəticəsində dəymiş ziyanın reyestrinin yaradılması ilə bağlı siyasi bəyannamə imzaladıq. İndi reyestrin özünün işləməsini təmin etmək lazımdır ki, zərərçəkənlər öz ərizələrini verə bilsinlər”, - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, Denis Şmıqalın sözlərinə görə, beynəlxalq hüquq normalarına uyğun olaraq, Rusiyanın bütün dünyadakı aktivləri hesabına Ukraynaya təzminatın tam ödənilməsini təmin edəcək mexanizm yaradılmalıdır.

BMT-ninQlobal iqtisadi vəziyyət onun perspektivləriadlı hesabatına əsasən, BVF-nin kreditlərinə beynəlxalq maliyyə yardımlarına baxmayaraq, Ukrayna iqtisadiyyatı 2023- ildə durğunluq yaşayır. Onun bərpasının dəyəri 411 milyard ABŞ dolları civarında qiymətləndirilir.

 

ABŞ RUSİYALI HAKERİN YERİNİ DEYƏNƏ 10 MİLYON DOLLAR VERƏCƏK

ABŞ Dövlət Departamenti ölkədə icra strukturları, şirkətlər mühüm infrastruktur sahələrini hədəf alan bir çox hakerlik fəaliyyətində rol oynadığı səbəbiylə Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin yeri barədə məlumat verənlərə mükafat vəd edib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Sözügedən mövzu ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller yazılı açıqlama verərək bildirib ki, Rusiya kibercinayətkarlar üçün təhlükəsiz sığınacaqdır hakerlər ABŞ, onun tərəfdaşları müttəfiqlərinə qarşı sərbəst şəkildə kiber əməliyyatlar aparır.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Mükafat Proqramı çərçivəsində Mixail Matveyevin beynəlxalq mütəşəkkil cinayətkarlıqla əlaqədar saxlanılması məhkum edilməsi üçün məlumat verənlərlərə 10 milyon dollara qədər mükafat təklif edilir.

Verilən xəbərə görə, Ədliyyə Nazirliyinin Vaşinqton Nyu-Cersi ştatlarında iki məhkəmədə artıq M.Matveyevə qarşı iddia qaldırılıb. Rusiyalı haker ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya siyahısına salınıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.