Tariximizin şanlı səhifəsi
Siyasət

Tariximizin şanlı səhifəsi

Azərbaycan xalqı böyük, azadlıqsevər mütərəqqi xalqdır. Onun gücü, iradəsi sarsılmaz daimidir. Ölkədə regionda olan qarşıdurmalar qarışıqlıqlar o dövrdə bir çox hadisənin baş verməsinə təkan verirdi.

Rusiya Federasiyasının region dövlətlərə göstərdiyi təzyiq, söz azadlığının, seçib-seçilmə hüququnun olmaması, insani dəyərlərin aşağı olması artıq Azərbaycan xalqını bezdirmişdi. Rusiyada 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyada Dövlət Dumasına seçilmiş deputatlardan ibarət xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissarlığı yaradıldı. Bundan sonra 1918-ci il fevralın 14- Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə seçilən bolşeviklərin Oktyabr inqilabından sonra orada iştirak edə bilməyən nümayəndələri Tiflisdə toplaşdılar. Nəticədə Zaqafqaziyada ali hakimiyyət orqanı kimi Zaqafqaziya Seymi yaradıldı. Lakin seymdə olan nümayəndələr digər hakimiyyət zümrələri kimi öz millətinin mənafeyini ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Yəni yenidən parçalanma gözlənilən idi. Nəhayət, 1918-ci il mayın 25- Zaqafqaziya Seyminin son iclası keçirildi. Nəticədə Gürcüstan Seymi tərk edərək müstəqilliyini elan etdi. Mayın 27- Seymin 44 nəfər müsəlman üzvü Tiflisdə toplaşaraq, Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gəlir özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Bununla da ilkin addımlar atılmağa başlanılır Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. Bundan sonra 1918-ci il mayın 28- Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurası Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir. Bəyannamədə belə qeyd edilirdi: "Bu gündən etibarən Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan xalqı artıq müstəqil bir dövlətdir. Onun hakimiyyəti Xalq Cümhuriyyətinə məxsusdur. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər birbaşa əlaqədə olduğu dövlətlərlə münasibəti, əməkdaşlığı onun məsuliyyətindədir. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif cins fərqi olmadan onun torpaqlarında yaşayan bütün vətəndaşlarına öz hüquq haqlarını təmin edir ərazisində yaşayan digər azlıqlara sərbəst inkişafları üçün geniş imkanlar yaradır".

Daima öz xalqını, onun rifahını, inkişaf gələcəyini düşünən AXC bir çox qərarlar qəbul etdi. Şərqdə ilk dəfə qadınlara seçmə hüququ vermək o dövrlərdə ən çətin radikal düşüncələri məhv etmək üçün atılmış ən böyük addımlardan biri olub. Yüz il əvvəl qoyulan həmin təməllərin nəticəsidir ki, bu gün Azərbaycan qadınları öz haqq hüquqlarını çox yaxşı bilirlər. 23 ay ömrü olmasına baxmayaraq, böyük gələcək yönümlü işlər görülüb. Şərqdə ilk demokratik dövlət olması demokratik dəyərlərin qorunması üçün apardığı mübarizə ilə tarixə adını qızıl hərflərlə yazıb. Azərbaycanın müstəqilliyinin qazanılması, müasir dövlətin qurulması demokratik dəyərlərin bərqərar edilməsi istiqamətində Cümhuriyyətin xidmətləri daima yadda qalacaq.

Azərbaycan Xalq Cümhuriyyətinin qısa fəaliyyəti dövründə, dövlətçilik, demokratiya insan haqları sahəsində müasir standartlara uyğun səviyyədə yeniliklər edilib. Bu yeniliklər arasında milli mədəniyyətin, dilin təhsilin qorunması, müstəqillik mübarizəsinin səsləndirilməsi, demokratik xarakterli seçkilərin keçirilməsi qadınlara seçki hüquqlarının verilməsi kimi məsələlər var idi.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Məhəmməd Əmin Rəsulzadənin gördüyü işlər, xalqa verdiyi töhfələr əvəzsizdir. 1918-ci il iyunun 17- Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti iclası keçirilir. Sayca 7-ci olan iclasda Milli Şuranın buraxılması bütün hakimiyyətin yeni yaradılacaq hökumətə həvalə olunması məsələsi təklif olunur. Həmin iclas, öz növbəsində, gələcək günlərdə görüləcək işlər üçün körpü rolunu oynamışdı. İclas zamanı iki mühüm qətnamə qəbul edilmişdir. Bunlardan biri, Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında olub. İclas zamanı Xoyski bildirib ki, onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı istiqlaliyyəti uğrunda mübarizə olacaqdır. Bundan sonra dövlət xalq üçün bir çox mühüm addımlar atılır. Azərbaycan dili dövlət dili elan olunur.

Həmin dövrlərdə hökumətin əsas prioritetlərindən biri paytaxtın Gəncədən Bakıya köçürülməsi Bakı kommunasından sonra şəhəri ələ keçirmiş eser-menşevik daşnak nümayəndələrindən ibarət "Sentrokaspi diktaturası"ndan təmizləmək idi. Nəticədə 1918-ci il sentyabrın 17- paytaxt Gəncədən Bakıya köçürülür.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin çağırılması üçün Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan rus dillərində "Bütün Azərbaycan əhalisinə!" müraciəti dərc edilir. Parlamentin açılışı ilkin olaraq dekabrın 3- nəzərdə tutulsa da, sonra 7- keçirilib. Müsəlman şərqində ilk parlamentin birinci iclası Hacı Zeynalabdin Tağıyevin keçmiş qız məktəbinin binasında baş tutub. Parlamentin açılışı Rəsulzadənin böyük təbrik nitqi ilə başlayıb. Bundan sonra Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədrin birinci müavini Həsənbəy Ağayev, baş katib isə Mehdi bəy Hacınski seçilir. Parlament 1919-cu ilin sonuna qədər 11 müxtəlif partiya fraksiyası cəmi 96 deputatla təmsil olunub. Hər bir parlament üzvü fəaliyyəti dövründə müxtəlif bəyanatlar verib. Bu bəyanatlarda ümumi bir məqsəd var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi ərazi toxunulmazlığını, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, milli siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının hökumətinin digər xalqlar dövlətlərlə, xüsusilə qonşu ölkələrlə dostluq əlaqələrini yaratmaq   möhkəmləndirmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Parlament öz addımları ilə, gördüyü işlərlə adını tarixə qızıl hərflərlə yazıb.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə bir çox sazişlər, bəyannamələr iqtisadi əlaqələrlə bağlı sənədlər imzalanıb. 1919-cu il iyun ayında Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə paktı, sentyabrda Parisdəki nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ konqresi nümayəndələr palatasının üzvü Çandlerin ABŞ-da Azərbaycanın müstəqillik milli maraqlarını qorumaq üçün vəkil təyin olunması ilə bağlı saziş imzalanıb. Oktyabr ayında Fransa müstəmləkə liqasının xarici siyasət bölməsinin rəhbəri Azərbaycanın de-fakto de-yure tanınmasını müdafiə etdiyini bildirib nümayəndə göndərmək xahişi ilə Klemanso hökumətinə müraciət edib. Bundan əlavə, 1920-ci ilin yanvarında Parisdə Ali Şuranın iclasında Azərbaycanın müstəqilliyi, Xəzər dənizinin müdafiəsi, maliyyə, hərbi ərzaq yardımı göndərilməsi məsələlərini bəyan edən memorandum imzalanıb, aprelində isə San-Remo konfransında Azərbaycanı maraqlandıran neft, Batum, rus məsələsi, Türkiyə-Ermənistan sərhədləri müzakirə olunub.

Təəssüf ki, 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti hərbi təcavüz nəticəsində süqut edib. 1920-ci ilin aprelində XI Qırmızı Ordunun Azərbaycanı işğal etməsi Azərbaycan Sovet Sosialist Respublikasının yaranması ilə Cümhuriyyətin fəaliyyəti sona çatıb.

Hər il 28 may tarixi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub. Həm ölkəmizdə, həm bir çox xarici ölkələrdə yubiley tədbirləri keçirilib. Bundan başqa, ölkə başçımızın təşəbbüsü ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb Cümhuriyyət qurucularının adları əbədiləşdirilib. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində həmin dövrdə görülmüş işləri yüksək qiymətləndirərək deyib: "Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi".

Töhfə SƏMƏDOVA,

"Respublika".