Maarifləndirici tədbir
Region

Maarifləndirici tədbir

 Məlum həqiqətdir ki,  indi  ümumbəşəri bəla sayılan narkomaniyanın  insan həyatına vurduğu sağalmaz zərbədən xəbəri olanlar da onun qurbanına çevrilir.  Məhz buna görə vəziyyət get-gedə  ağırlaşır, narkotik vasitələrdən istifadə genofondumuza acı təsir göstərir. Son illər “ağ ölüm” ə  can atan yeniyetmələrin sayının durmadan artması təəssüfedici  faktdır.  Onları bu zərərli vərdişdən qorumaq  məqsədilə  mübarizə aparmaq hamının,  hər kəsin borcu olmalıdır.      Bu günlər dağlar diyarı  Lerik rayonunun Bülüdül kənd tam orta məktəbində Lerik rayon Prokurorluğunun, Lerik rayon Gənclər və İdman İdarəsinin, Lerik rayon Polis şöbəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbir narkomaniya və erkən nikahlara  qarşı  maarifləndirici məqsədi daşıyırdı.

Tədbirdə Lerik rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Ülfət Novruzov narkomaniyanın  insanın sağlam həyatına gətirdiyi  ağrılardan,  bu bəşəri bəlaya qarşı  mübarizənin əhəmiyyəti, mübarizə metodu kimi məktəblərdə belə  maarifləndirmə işinin daim aparılması  barədə  danışıblar və eləcə də mübarizənin səmərəliyi üçün cəmiyyətin bütün təbəqələrin kütləvi səfərbər olmasının vacibliyi  vurğulayıblar.

 

  Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü.