Aprelin 13-də Azərbaycanda COVID-19 əleyhinə 8 min dozadan çox vaksin vurulub
Səhiyyə

Aprelin 13-də Azərbaycanda COVID-19 əleyhinə 8 min dozadan çox vaksin vurulub

Aprelin 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 8 min 233 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 582, ikinci doza vaksinlərin sayı - 677, üç və daha çox doza vaksinlərin sayı - 6 min 498, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 476-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 567 min 201, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 332 min 288, ikinci mərhələ üzrə 4 milyon 834 min 400, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 165 min 753, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 234 min 760-dır.

AZƏRTAC