Aprelin 14-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub
Səhiyyə

Aprelin 14-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub

Aprelin 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 min 603 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 552, ikinci doza vaksinlərin sayı - 538, üç və daha çox doza vaksinlərin sayı - 6 min 18, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 495-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 574 min 804, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 332 min 840, ikinci mərhələ üzrə 4 milyon 834 min 938, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 171 min 771, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 235 min 255-dir.

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 15 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 min 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 440 nəfər müalicə olunaraq sağalıb, 9 min 705 nəfər vəfat edib. Aktiv xəstə sayı 175 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 8, indiyə qədər isə ümumilikdə 6 milyon 759 min 211 test icra olunub.

AZƏRTAC