ASC-də “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası
Ekologiya

ASC-də “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar  bildirir ki,  ASC-nin kollektivi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Cəmiyyətin Mərkəzi Aparatı və yerli istismar idarələrinin   kollektivləri   fəal iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi üçün apardığı ekoloji siyasətin, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə göstərdiyi xüsusi diqqətin davamı olaraq ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndərin əziz xatirəsini yad etmək, onun doğma təbiətimizə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Aksiya zamanı xüsusi ayrılmış ərazilərdə, su təsərrüfatı obyektlərinin ətrafında, yerli istismar idarələrinin həyətlərində 12182 ədəd ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. 

Nəriman  CAVADOV,

“Respublika”.