Azərbaycan enerji  və nəqliyyat sahəsində qabaqcıl ölkələrdəndir
İQTİSADİYYAT

Azərbaycan enerji  və nəqliyyat sahəsində qabaqcıl ölkələrdəndir

Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələrdən biridir. Dövlətimiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra uğurlu daxili xarici siyasət aparmağa başlamışdır.

Bu gün ölkəmiz bir çox istiqamətlərdə dünyada regionda lider qismində çıxış edir enerji ölkəsi kimi əhəmiyyəti günbəgün artır. Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropanın ən yaxşı tərəfdaşı hesab edilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti "Əsrin müqaviləsi" ilə regionun ilk neft istehsalçılarından olan Azərbaycanı beynəlxalq arenada qabaqcıl ölkələrdən birinə çevirdi. Ölkəmizin Qərb ölkələri ilə iqtisadi strateji əməkdaşlığının möhkəmlənməsində neft-qaz amilinin rolu böyükdür. Məhz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəaliyyətinə görə Azərbaycan Qərbdə etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rol oynayır. Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsidir. Boru kəməri vasitəsilə tarixdə ilk dəfə olaraq Azərbaycan Xəzər Aralıq dənizlərini birləşdirdi. Ölkəmiz Xəzərin şərq sahilindən Avropa bazarlarına çıxışın təmin edilməsində tranzit rolunu oynayır.

Ötən il iyulun 18- Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar. Bu ilin mayında isə Serbiyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş naziri Ana Brnabiç ilə görüş zamanı  ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmi qeyd edilib. Baş nazir enerji təhlükəsizliyi məsələsinin milli təhlükəsizlik baxımından vacibliyini bu kontekstdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.

Bu gün nəqliyyat sisteminin inkişafı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu günlərdə Sivas Hökumət Meydanında xalqa müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Türkiyə Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək. Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirəcək: "Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan Tokatdan olan sakinlərimiz faydalanacaqlar. Yəni bu xətti Ərzincan, Ərzurum Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıqBütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik".

Bu ilin mayında Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri bir sıra beynəlxalq təşkilatların üzvlərinin iştirakı ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat" adlı Sammit keçirildi. Sammit çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında Azərbaycan yekdil səslə 2025-2026- illər üçün tarixdə ilk dəfə BNF-in prezidenti seçildi. Bu, bir daha Azərbaycanın nəqliyyat sahəsində yüksək səviyyədə inkişafının sübutudur.

Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 25- Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən bildirdi ki, Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdırBakı-Tbilisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin etdiyini vurğulayan Prezident bildirdi: "Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük".

Nəzrin CAVADZADƏ,

"Respublika".