Azərbaycan səfiri etimadnaməsini Şimali Makedoniya Prezidentinə təqdim edib
Digər xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Şimali Makedoniya Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda, Şimali Makedoniya Respublikasında akkreditə olunmuş fövqəladə səlahiyyətli səfiri Kamil Xasiyev martın 31- etimadnaməsini Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə təqdim edib.

AZƏRTAC xəbər verir ki, Stevo Pendarovski səfiri salamladıqdan sonra ona yeni fəaliyyətində uğurlar arzulayıb Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş diləklərini çatdırmağı xahiş edib.

Səfir K.Xasiyev öz növbəsində Azərbaycanın dost Şimali Makedoniya ilə ikitərəfli çoxtərəfli əsasda bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Görüşün sonunda səfir K.Xasiyev Prezident Stevo Pendarovskiyə xoş səmimi qəbula görə təşəkkür edib onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılacağını bildirib.