Azərbaycan Şərq və Qərbin əməkdaşlıq qapısıdır
Siyasət

Azərbaycan Şərq və Qərbin əməkdaşlıq qapısıdır

Son dövrlər baş verən siyasi-iqtisadi proseslər nəticəsində dünyanın düzəni yeni, fərqli formada dəyişmiş, böyük dövlətlərin dünyaya baxışı, münasibəti yeni məcraya yönəlmişdir. Bir zamanlar siyasi münasibətlərin həlledici olduğu sahələri indi iqtisadi tərəfdaşlıq idarə edir. Dövlətlərin baxış bucağı dəyişdiyi kimi, proseslərin məna mahiyyəti dəyişir. Vaxtilə dünya üçün qlobal hesab edilən məsələlər, problemlər indi yeni baxış bucağında çox cılız görünür.

Tarixin keçmiş səhifələrində qalan münaqişə müharibələr elə o tarixə qovuşub. Necə ki, indi soyuq müharibə kimi dünyanı məşğul edən məsələlər artıq sona çatıb. Bununla bağlı ölkə başçısı cənab İlham Əliyev martın 2- Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə çıxışı zamanı bildirib: "Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya soyuq müharibənin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir".

Dövlət başçısının qeyd etdiyi kimi, yeni Şərq-Qərb qarşıdurmasının fəsadları dünyanın digər yerlərində hiss olunur. Belə bir dövrdə Azərbaycan iqtisadi yüksəlişə doğru addımlayır. Ölkəmiz inkişaf etdikcə dünyada nüfuzu daha da artır. Bu da bir sıra dövlətlərin qısqanclığına səbəb olur.

Lakin Azərbaycan bütün xain, qərəzli münasibətlərə baxmayaraq, tutduğu yolda daha mətin addımlarla irəliləyir. Ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr onun regionda liderliyinə dəlalət edir. İqtisadi inkişafı müstəqil xarici siyasəti nəticəsində dünyanın baxışı Azərbaycana yönəlmişdir.

Ölkəmiz Vətən müharibəsindəki qələbəsindən sonra bir çox dövlətlər üçün əsas tərəfdaş ölkəyə çevrildi. İstər şərq, istərsə qərb dövlətləri Azərbaycanla siyasi-iqtisadi əməkdaşlığa önəm verdilər. Sözsüz ki, bunun da özünəməxsus səbəbləri var. Belə ki, Azərbaycan Şərq Qərbin ilk növbədə əməkdaşlıq qapısı rolunu oynayır. Ölkəmiz iqtisadi-ticari baxımdan təbii sərvətləri ilə zəngin ölkə olduğu üçün bu gün dünyanın diqqət mərkəzindədir. Azərbaycan neft-qaz ölkəsi olaraq Qərb ölkələri ilə əməkdaşlığı bu istiqamətdə qurub. Lakin son zamanlar ölkəmizin yaşıl enerji sahəsindəki potensialı onun beynəlxalq aləmdə bir daha aktuallığını meydana gətirib. Elə bu səbəbdən qərbin bir çox dövlətləri Azərbaycan ilə iqtisadi əməkdaşlıqda maraqlıdırlar.

O ki qaldı Şərq ölkələrinə - əvvəla, bizi Şərq dünyası ilə birləşdirən dil, din, mədəniyyət mentalitet yaxınlığı var. Azərbaycan şərqlə qərbin qovuşduğu məkan olduğu kimi, həm bu ölkələrə hərtərəfli təsiretmə gücünə qadirdir. Son dövrlər öz aktuallığı ilə dünyanın diqqət mərkəzində olan Türk Dövlətləri Təşkilatına daxil olan şərq ölkələri Azərbaycan üzərindən qərbə sarı istiqamətlənir. Bu istiqamət təkcə iqtisadiyyat, nəqliyyat, kommunikasiya, enerji sahəsi deyil, eyni zamanda təhlükəsizlik siyasi dialoq üzrə inkişaf edir. Sözsüz ki, bu nöqtədə həlledici ölkə Azərbaycandır.

Azərbaycanın dünyada artan nüfuzunu, düşünülmüş xarici siyasətini böyük potensiala malik iqtisadi yüksəlişini bəzi ölkələr həzm edə bilmir. İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz öz iqtisadi gücü hesabına ölkənin işğaldan azad olunmuş böyük bir bölgəsinin yenidən qurulmasını həyata keçirir. Bir sıra nəhəng şirkətlər Azərbaycana cəlb edilir. Beynəlxalq təşkilat qurumlar ölkəmizlə işbirliyinə can atır, bütün bunları həzm etmək isə düşmənlərimizdə problem yaradır. Bunun isə sadəcə bir adı var: gözü götürməmək, regionda Azərbaycanın yüksəlişinə mane olmaq. Bu məqsədlər uğrunda çarpışan düşmənlərimiz çox da uzaqda deyil. Lakin Azərbaycanın bütün dövrlərdə yalnız bir amalı olmuşdur, sülh barışıq. Dövlətimiz hər zaman şərqlə qərb arasında barışdırıcı mövqe tutmuşdur. Bu, özünü bütün beynəlxalq tədbir səfərlərdə aydın şəkildə göstərmişdir. Azərbaycanın artıq müstəqil siyasət yürütməsi, dəyişməz mövqeyi, inkişaf edən iqtisadiyyatı güclü ordu quruculuğu regionda söz sahibi olmasına dəlalət edir. Ölkəmizin qüdrəti, gücü dünya birliyindəki nüfuzu artmaqdadır. əlbəttə ki, bunu görən dünyanın böyük dövlətləri etibarlı tərəfdaş kimi Azərbaycan ilə əlaqələrini daha da möhkəmləndirir.

 

Ramidə YAQUBQIZI,

"Respublika".