Azərbaycan XİN AZƏRTAC-ın Ukraynada cərəyan edən son hadisələrlə bağlı sualını cavablandırıb
MÜSAHİBƏLƏR

Azərbaycan XİN AZƏRTAC-ın Ukraynada cərəyan edən son hadisələrlə bağlı sualını cavablandırıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Ukraynada cərəyan edən son hadisələr, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin Azərbaycan tərəfindən dəstəklənməsi ilə bağlı AZƏRTAC-ın sualını cavablandırıb.

Leyla Abdullayeva deyib: "Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur".

AZƏRTAC