Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasına son sutkada 668 yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 343 min 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 752 nəfər müalicə olunaraq sağalıb, 5 min 22 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 min 442 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 881, bu günə qədər isə ümumilikdə 4 milyon 23 min 954 test icra olunub.

AZƏRTAC