Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar
Digər xəbərlər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fəxri xiyabanı ziyarət edərək, Ulu Öndərin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.