Azərbaycanın müdafiə naziri macarıstanlı həmkarı ilə görüşüb
Digər xəbərlər

Azərbaycanın müdafiə naziri macarıstanlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AZƏRTAC