Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev İstanbulda keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.
AZƏRTAC