Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin layihələndirmə işləri aparılır
İQTİSADİYYAT

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin layihələndirmə işləri aparılır

Daşınma həcmlərinin artması ilə bağlı hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsinin layihələndirmə işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan, İran və Rusiya rəsmilərinin görüşündə deyib.

O qeyd edib ki, limanın ikinci mərhələsi yekunlaşdıqdan sonra yükaşırma imkanları 25 milyon tona çatdırılacaq.

AZƏRTAC