Bakıda Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Digər xəbərlər

Bakıda Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub

Martın 7- Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri, bir çox ərəb ölkələrinin səfirləri əməkdaşları, İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev 30 il ərzində iki ölkə arasında qarşılıqlı hörmət etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini, bu prosesdə rəsmi səfər mübadilələrinin, habelə beynəlxalq təşkilatlar, xüsusilə BMT İƏT çərçivəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. 1994- ildə Mərakeşin Kasablanka şəhərində keçirilən İƏT-in Zirvə görüşündə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev İordaniya Kralı Əl-Hüseyn İbn Talal arasında baş tutmuş tarixi görüşün Azərbaycan-İordaniya münasibətlərində yeni səhifə açdığı vurğulanıb.

Nazir müavini bu illər ərzində dövlət başçılarımızın müdrik siyasəti möhkəm iradəsi sayəsində təşəkkül tapmış dostluq qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edərək, dost ölkələrimiz qardaş xalqlarımızın mənafeyi naminə fayda tərəqqi gətirəcək şəkildə inkişaf edəcəyinə inam ifadə edib.

İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh İordaniya ilə Azərbaycan arasında iki qardaş xalqı birləşdirən dini, mədəni tarixi bağlara əsaslanan sıx əlaqələrin mövcud olduğunu bildirib. Bu əlaqələrin əsasının mərhum Kral Hüseyn bin Təlal mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb.

İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran səfir iki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət mübadiləsinin həcminin artırılması, investisiyaların qoyulması, habelə turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan İordaniya Haşimilər Krallığı arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.