DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans
Digər xəbərlər

DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində "Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri" adlı elmi-praktiki konfrans keçirilmişdir.

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Xidmətin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Sadiq Qurbanov digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı mülki ali təhsil müəssisələrinin rəhbərləri professor-müəllim heyətləri iştirak etmişlər.

Konfrans Ulu Öndər Heydər Əliyevin Azərbaycanın suverenliyi ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbiri giriş nitqi ilə açıq elan edərək qonaqları salamlamışdır. Xidmət rəisi, Heydər Əliyevin mənalı ömrünə nəzər salaraq Ulu Öndərin Vətəni xalqının rifahı yolunda misilsiz xidmətlərindən, bütün həyatı boyu milli maraqların təmin olunması naminə atdığı qətiyyətli addımlardan geniş söhbət açmışdır. Dahi şəxsiyyətin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşən general-polkovnik Əli Nağıyev Heydər Əliyevin bu qurumda şərəfli xidmət nümunələri yaratdığını, təhlükəsizlik təşkilatının milliləşdirilməsinin məhz onun adı ilə sıx bağlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Heydər Əliyevin vəzifə pillələrində durmadan irəliləyərək, ilk azərbaycanlı kimi təhlükəsizlik orqanının rəhbəri təyin olunması general-mayor rütbəsinə layiq görülməsi yalnız onun fitri istedadı, dərin analitik təfəkkürü yüksək bacarıqları nəticəsində mümkün olmuşdur.

Xidmət rəisi vurğulamışdır ki, daima Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan bütün dövrlərdə milli mənafelərin təminatçısı olan Heydər Əliyevin dövlətçilik strategiyasını müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili xarici siyasət güclü qüdrətli Azərbaycanı parlaq gələcəyə, işıqlı sabahlara yeni-yeni zəfərlərə doğru aparmaqdadır.

Ardınca qonaqlar Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100- ildönümünə həsr olunmuş videoçarxa baxmış, daha sonra konfrans digər məruzəçilərin çıxışları ilə davam etmişdir. Natiqlər belə tədbirlərin keçirilməsinin Heydər Əliyevin peşəkarlıq irsinin yaşadılması təbliği baxımından böyük əhəmiyyət daşıdığını xüsusi qeyd edərək görkəmli dövlət xadiminin həyat yolundan bəhs etmiş vurğulamışlar ki, Ulu Öndərin sovetlər dönəmində respublikaya başçılıq etdiyi vaxtlarda Azərbaycanın tərəqqisi çiçəklənməsi, Sovet İttifaqına daxil olan ölkələr arasında qabaqcıl mövqelərdə qərarlaşması Heydər Əliyevin yorulmaz səylərinin bəhrəsi idi. Çıxışçılar bildirmişlər ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirən ölkədə ictimai-siyasi sabitliyi bərqərar edərək Azərbaycanı davamlı inkişaf yoluna çıxaran Heydər Əliyev müasir dövlətimizin banisi qurucusu olaraq adını tariximizə qızıl hərflərlə yazdırmışdır.

Tədbir, iştirakçıların Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin büstü qarşısında xatirə fotoşəklinin çəkilməsi ilə yekunlaşmışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin

Mətbuat xidmətinin məlumatı.