Bao Lijun: Ümid edirəm ki, festivalın Şuşada təşkil olunması ənənə halını alacaq
MÜSAHİBƏLƏR

Bao Lijun: Ümid edirəm ki, festivalın Şuşada təşkil olunması ənənə halını alacaq

Şuşa çox gözəl şəhərdir. Lakin təəssüf ki, şəhərdə dağıntıların olması çox üzücüdür. Buna baxmayaraq, şəhərin simasındakı tarixiliyi və özünəməxsusluğu sezməmək mümkün deyil. Burada aparılan bərpa və yenidənqurma işləri sürətlə davam edir. Hiss olunur ki, şəhər tezliklə öz əvvəlki görkəmini və tarixiliyini bərpa edəcək.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində çinli kulinar Bao Lijun söyləyib.

O söhbətinə davam edərək deyib: "Qarabağ mətbəxi haqqında çox eşitmişəm. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı zamanı həmin mətbəxin gözəl nümunələrini gördüm. Doğrudan da çox gözəl və dadlı mətbəxiniz var. Qarabağ mətbəxinin isə yeri ayrıcadır. Ona görə də düşünürəm ki, festivalın burada keçirilməsi təsadüfi deyil. Ümid edirəm ki, festivalın Şuşada təşkil olunması ənənə halını alacaq".

AZƏRTAC