Bosniya və Herseqovina ilə iqtisadi əməkdaşlığın perspektivlərinin reallaşdırılması məsələləri müzakirə edilib
Digər xəbərlər

Bosniya və Herseqovina ilə iqtisadi əməkdaşlığın perspektivlərinin reallaşdırılması məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bosniya Herseqovinaya səfər edib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bosniya Herseqovinanın Nazirlər Şurasının sədri xanım Boryana Krişto ilə görüşən Mikayıl Cabbarov Azərbaycanın bu ölkə ilə əlaqələrə önəm verdiyini, iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Ölkəmizdə investisiya fəaliyyətinin təşviq edilməsi ilə bağlı görülən işlər, xarici investisiyalar üçün yaradılmış əlverişli mühit diqqətə çatdırılıb, Bosniya Herseqovina şirkətləri fəal əməkdaşlığa dəvət olunub.

Boryana Krişto Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, Bosniya Herseqovinada baş vermiş daşqınlar zamanı ölkəmizin göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Söhbət zamanı Bosniya Herseqovina şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı ifadə olunub.

Bosniya Herseqovinanın xarici ticarət iqtisadi əlaqələr naziri Staşa Koşaraçla görüşdə qarşılıqlı sərmayələrin biznes dairələri arasında birbaşa təmasların artırılması barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ölkələrimiz arasında investisiya, nəqliyyat-logistika, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, əczaçılıq digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar var. Nazir Mikayıl Cabbarov Azərbaycanda sahibkarlığın stimullaşdırılması rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, kiçik orta biznesə dəstək mexanizmləri digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb, ixrac coğrafiyasının genişləndirilməsi baxımından Bosniya Herseqovina bazarının Azərbaycan sahibkarları üçün cəlbedici yeni imkanlar açdığını vurğulayıb. Staşa Koşaraç ikitərəfli iqtisadi münasibətlərin gücləndirilməsi perspektivləri, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Bosniya Herseqovina Federasiyasının Baş naziri Fadil Novaliç ilə görüşündə ölkələrimiz arasında iqtisadi münasibətlərin perspektivləri müzakirə edilib. İşğaldan azad olunmuş ərazilərimizin inkişafı, Qarabağ regionunda icra edilən infrastruktur layihələri, bərpa-quruculuq işləri, həmçinin bu ərazilərin investisiya potensialı zəngin təbii ehtiyatları, sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, güzəştlər sektoral imkanlar barədə məlumat verilib.

Fadil Novaliç ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Bosniya Herseqovina Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələrini Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından yüksək qiymətləndirir. Söhbət zamanı Bosniya Herseqovinanın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.

Bosniya Herseqovinanın Serb Respublikasından olan nümayəndə heyəti ilə keçirilən görüşdə Azərbaycanla iqtisadi münasibətlərin prioritet istiqamətləri, investisiyaların ticarət əlaqələrinin təşviqi sahəsində perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Ticarət Sənaye Palatası ilə Bosniya Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Bosniya Herseqovina Xarici Ticarət Palatasının prezidenti Zdravko Marinkoviç imzalayıblar. Sənəd iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaradacaq.