Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Siyasət

Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Mayın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.

AZƏRTAC