Cinayət işləri üzrə əməkdaşlığa dair beynəlxalq konfrans keçirilib
Digər xəbərlər

Cinayət işləri üzrə əməkdaşlığa dair beynəlxalq konfrans keçirilib

Avropa Şurasının 2020-2023- illər üzrə Mərkəzi Asiyada Qanunun Aliliyi Proqramı əsasında həyata keçirilənMərkəzi Asiyada iqtisadi cinayətkarlığa qarşı şəffaflığın fəaliyyətin təşviqilayihəsi çərçivəsindəCinayət işlərində qarşılıqlı hüquqi yardım haqqındaAvropa Konvensiyasına həsr olunan beynəlxalq konfrans keçirilib.

AZƏRTAC Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, konvensiya üçüncü dövlətlər üçün açıq olduğundan Özbəkistanın bu sənədə qoşulmaq istəyi nəzərə alınaraq keçirilən tədbir Avropa Konvensiyasının mahiyyəti, əhəmiyyəti implementasiyası prosedurları barədə həmin ölkənin aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq məqsədi daşıyır.

Özbəkistandan 90-dan çox nümayəndənin, o cümlədən Ali Məhkəmənin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin Daşkənd Hüquq Universitetinin məsul rəhbər şəxslərinin qatıldıqları konfransda Avropa Şurasının ekspertləri çıxış ediblər.

Tədbirdə Cinayət məsələlərində əməkdaşlığa dair Avropa Konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsinin üzvü olan Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov məruzəçi qismində videoformatda iştirak edib.

Ölkəmizin nümayəndəsi qeyd olunan Avropa Konvensiyasının implementasiyası bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri, müvafiq sorğuların göndərilməsi qaydası, bu sahədə praktiki problemlər yeni tendensiyalar barədə məlumat verib.

Eyni zamanda, beynəlxalq təcrübəyə, Avropa Məhkəməsinin qərarlarına istinad olunaraq vurğulanıb ki, cinayət işləri üzrə beynəlxalq hüquqi yardımın videokonfrans vasitəsilə göstərilməsi məhkumların daşınması zəruriliyinin aradan qaldırılmasına onların, həmçinin həssas qrupların təhlükəsizliyinin təmin olunmasına, maliyyə vəsaitinin qənaət edilməsinə vaxt itkisinin azaldılmasına, məhkəmə proseslərinin, dindirmələrin daha səmərəli dolğun aparılmasına xidmət edir.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilərəkElektron məhkəməinformasiya sistemi vasitəsilə cinayət işlərində videokonfransın keçirilməsi imkanının yaradılması barədə danışılıb.

Sonra konfrans iştirakçılarını maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb, Azərbaycanın bu sahədə təcrübəsinə böyük maraq göstərilib.

AZƏRTAC