Dekabrın 16-da Azərbaycanda COVID-19 əleyhinə 307 doza vaksin vurulub
Səhiyyə

Dekabrın 16-da Azərbaycanda COVID-19 əleyhinə 307 doza vaksin vurulub

Dekabrın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 307 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 120, ikinci doza vaksinlərin sayı 36, üç və daha çox doza vaksinlərin sayı 121, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 30-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 927 min 125, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 377, ikinci mərhələ üzrə 4 milyon 874 min 890, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 529, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 329-dur.                                                                   

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 81 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 81 yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 231 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 749 nəfər müalicə olunaraq sağalıb, 9 min 989 nəfər vəfat edib. Aktiv xəstə sayı 493 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 475, indiyə qədər isə ümumilikdə 7 milyon 403 min 301 test icra olunub.