Ekoloji mühitin yaxşılaşdırılmasında kompleks tədbirlər
Ekologiya

Ekoloji mühitin yaxşılaşdırılmasında kompleks tədbirlər

Müasir texnologiyaya əsaslanan yeni yanaşma bu sahədə böyük əhəmiyyət daşıyır

Abşeron regionunda ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 28 sentyabr 2006- il tarixindəAzərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planıtəsdiq edilmişdir. Bakı Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyyəti vardır. Sənəddə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır.

Abşeron yarımadasında məişət tullantılarının toplanması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi qarşıya məqsəd qoyulub. Dövlət başçısınınBakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamına əsasən təsis olunanTəmiz ŞəhərASC Bakı ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi zərərsizləşdirilməsinin səmərəli şəkildə müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.

Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planının icrası çərçivəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodu yaradılıb. Zavod istehsal gücünə görə Şərqi Avropa MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində normativlərə tam cavab verir. İllik gücü 500 min ton məişət 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək mümkündür.

Dövlət başçısınınBakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqındaimzaladığı Sərəncamla Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi poliqonu 2009-cu ildəTəmiz ŞəhərASC- təhvil verilib. İqtisadiyyat Nazirliyi ilə Dünya Bankı arasında Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi layihəsi icra olunaraq ekoloji problemin müşahidə edildiyi 120 hektar ərazidə ətraf mühitə zərərli təsirlər əhəmiyyətli dərəcədə azaldılıb. 1963- ildən fəaliyyət göstərən Balaxanı poliqonu beynəlxalq ekoloji standartlara texniki normalara cavab verən yeni sanitar poliqona çevrilmişdir. Poliqonda tullantı daşıyan maşınlar davamlı olaraq yuyulur dezinfeksiya edilir. Məntəqədə maşınlar yuyulmaqla yanaşı, bakteriya virusları neytrallaşdırmaq üçün nəzərdə tutulan maddələrdən istifadə edilərək təmizlənir. Yuyulma zamanı sərf olunan su isə müxtəlif dezinfektantlar vasitəsilə bir neçə mərhələdə təmizlənərək yenidən istifadəyə yönləndirilir.

Məişət tullantılarının çeşidlənməsi ölkədə təkrar istehsal sahibkarlığının inkişaf etdirilməsi məqsədilə 2012-ci ildə istifadəyə verilənTəmiz ŞəhərASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu Alman texnologiyası əsasında qurulub il ərzində 200 min ton tullantı qəbul etmək gücündədir. 2012-ci ildə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi müəssisəyaşıl iqtisadiyyatın inkişafında Balaxanı Sənaye Parkının rezidentlərinin xammalla təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Ekosahibkarlığın inkişafına dəstək verən zavodda çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı materiallar ayrılır ki, bu da tullantıların ümumi həcmini azaldır, eləcə Balaxanı Sənaye Parkında istehsal üçün ucuz xammal formalaşır. Ölkədə təkrar istehsal sahəsinin inkişafında mühüm rol oynayan zavodun yaradılması təbii resurslara, enerjiyə qənaət edilməsinə, “yaşıl biznesin genişlənməsinə, ən önəmlisi isə ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət edir.

Azərbaycan Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013- illərdə Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən, ölkədə təkrar istehsalı inkişaf etdirmək məqsədilə Balaxanı Sənaye Parkı yaradılmış 2017-ci ildə dövlət başçısının iştirakı ilə açılışı olmuşdur. İlkin mərhələdə 7 hektar sahəsi olan Sənaye Parkının ərazisi sahibkarların marağı nəzərə alınaraq 10,15 hektara çatdırılmışdır.

Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədənyaşıl iqtisadiyyatın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri ətraf qəsəbələrdə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edir.

Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkı ekosahibkarlıqla məşğul olmaq istəyənlər üçün əlverişli məkandır. Burada fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar 10 il müddətinə ƏDV-dən, 7 il müddətinə isə idxal rüsumundan azaddır.

Balaxanı Sənaye Parkında indiyə qədər 22 rezident qeydiyyatdan keçib artıq 16 rezident fəaliyyətinə başlamışdır. Sənaye Parkı ərazisində rezidentlər tərəfindən tikinti materialları, işlənmiş qida mühərrik yağları, kağız, plastik, rezin s. tullantılar təkrar emala cəlb olunmaqla, yeni məhsul istehsalı həyata keçirilir.

Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulmuş 800-dən çox insan işlə təmin edilmişdir. Ötən müddət ərzində 67 milyon manatlıq məhsul istehsal olunmuşdur. Məhsulun bir hissəsi Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya Belarusa ixrac edilmişdir.

Bərk məişət tullantılarının idarə olunması sahəsində təcrübəsi nəzərə alınaraqTəmiz ŞəhərASC- yeni çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncama əsasən qurumun fəaliyyət dairəsi genişləndirilib işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi zərərsizləşdirilməsi ASC- həvalə edilib.

İlkin mərhələdə şəhər ərazisində təmizlik işləri aparılması üçün xüsusi texnika işçi qüvvəsi cəlb olunmuş, küçələrdə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılmış, hərbi hissələrin müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilmişdir. Tullantılar üçün 200 ədəd xüsusi konteyner gətirilərək, müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilmişdir. İşğal altında olduğu zaman dağıdılan tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda ASC-nin əməkdaşları tərəfindən davam etdirilir.

Kamil İSMAYILOV,

Respublika”.