Gürcüstanda fəaliyyət göstərən “Təmiz Xəbər” təşkilatının sədri Nahid Qurbanovdan
Məktublar

Gürcüstanda fəaliyyət göstərən “Təmiz Xəbər” təşkilatının sədri Nahid Qurbanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

İlk növbədə, dünya azərbaycanlılarına qələbə sevinci yaşatdığınıza görə Sizə minnətdarıq. Sizin qətiyyətli komandanlığınızla Azərbaycan Ordusu Vətən müharibəsində Zəfər çaldı, yeni tarix yazdı.

Cənab Prezident, biz Sizi Azərbaycanın inkişafına, xalqın rifahına yönəlmiş ölçülüb-biçilmiş siyasət yürüdən müdrik dövlət başçısı və əsl vətənpərvər kimi tanıyırıq. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası gündən-günə tərəqqi etməkdə davam edir və əminəm ki, bundan sonra da demokratik dövlət quruculuğu, sabit iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyəcək. Ümidvaram ki, Sizin yorulmaz səyləriniz, xalqın etimadı və respublika vətəndaşlarının həyatını daha firavan etmək üçün gördüyünüz işlər ali dövləti fəaliyyətinizdə uğurlarınızı artıracaq.

İcazə verin, əlamətdar yubileyiniz münasibətilə Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edim.

Hörmətlə,

 Nahid Qurbanov

Gürcüstanda fəaliyyət göstərən “Təmiz Xəbər” təşkilatının sədri