HACIQABUL: AĞSAQQALLAR ŞURASININ HESABAT YIĞINCAĞI
Region

HACIQABUL: AĞSAQQALLAR ŞURASININ HESABAT YIĞINCAĞI

Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağında Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Əhliman Əmiraslanov iştirak etdilər. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ulu öndərin xatirəsi ehtiramla yad olundu.

Yığıncaqda bildirildi ki, sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğısı ilə yanaşı, ağsaqqallara da həmişə böyük dəyər verir.

Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov çıxış edərək yığıncaq iştirakçılarına minnətdarlığını ifadə etdi, bundan sonra da şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.

Tofiq HÜSEYN,

"Respublika".