Meşəbərpa tədbirləri görülür
Region

Meşəbərpa tədbirləri görülür

Payız əkini mövsümündə meşəbərpa tədbirləri həyata keçirilir. Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzindən bildirirlər ki, payız və yaz fəsilləri meşəbərpa işləri üçün əlverişli dövrdür. Bu ilin yaz mövsümündə Şirvan və Sabirabad ərazilərində 30 hektar sahədə yeni meşə zolağı salınmışdır. 4 hektar sahədə tinglik təsərrüfatı yaradılmışdır.

Hazırda isə meşə fondu ərazisi payız əkin mövsümü üçün hazır vəziyyətə gətirilib. Meşə fondu torpaqlarında payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə olunur. Bu vacib tədbirdə Heydər Əliyev Fondunun Birinci vitse-prezident Leyla xanım Əliyevanın sədri olduğu İDEA İctimai Birliyinin təşəbbüsü ilə davam edən"Yaşıl Marafon" ağacəkmə aksiyası ümumi işimizə böyük köməklik göstərir.

Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzi ölkənin 7 rayonu ərazisində 9557 hektar Kürqırağı meşələrə nəzarət edir.

Payız əkin planına əsasən meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraiti üçün uyğun olan tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs,  ağcaqayın,  qarağac,  çinar,  cökə,  göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək,  toxumlar səpiləcək.

Tofiq HÜSEYN,

"Respublika".