Heydər Əliyev adına Hərbi İnstitutda zabitin xatirəsi anılıb
Sosial həyat

Heydər Əliyev adına Hərbi İnstitutda zabitin xatirəsi anılıb

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qərib Baxşəliyevin anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə nazirliyin ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, hərbi institutun zabit, kursant müəllim heyəti iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində Q.Baxşəliyevin ömür döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.

Çıxış edənlər şəhid zabit haqqında xatirələrini bölüşüblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq şücaət nümunələrindən söhbət açıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət qayğıya, eləcə şəhidlərin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.