İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur bizim tarixi torpaqlarımızdır
Tarix

İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur bizim tarixi torpaqlarımızdır

1885-ci ildə ermənilərin VyanadaArmenakan”, 1886- ildə CenevrədəHnçaq”, 1890- ildə Tiflisdə yaratdıqlarıDaşnaksütyunterrorçu təşkilatlarının qarşısına qoyduqları başlıca məqsəd üç dövlətin - Rusiya, Türkiyə İranın ərazisində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirərəkdənizdən-dənizə böyük Ermənistanyaratmaq ideyası idi. İlk gündən radikal terrorçuluq mövqeyini əsas tutan bu partiyaların XIX əsrin axırlarından başlayaraq, türk soyundan olan xalqlara qarşı törətdikləri qanlı cinayətlər öz dəst-xəttinə, coğrafi əhatəsinə qəddarlıq dərəcəsinə görə tarixdə bu qəbildən olan hadisələr sırasında daha çox seçilir.

1917-ci ilin iyun ayında Türkiyə erməniləri Stepan Şaumyanı özlərinə başçı seçmişlər. Lenin isə 1917-ci ilin 29 dekabrında dekret qəbul edib erməniləri müsəlmanlardan müdafiə etməyə şərait yaratdı. Şaumyan özü türkiyəli Hamazaspın komandanlığı ilə 2500 nəfərlik diviziya yaradaraq Bakıda, Bakıətrafı kəndlərdə, həmçinin Qərbi Azərbaycanda on minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirdi.

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi vardı. Andranikin qoşunu 1918-ci ilin yazında Vedi rayonunun Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin sakinlərini damlara doldurub yandırmışdır. Andranikin qoşunu Naxçıvandan keçib, Zəngəzur zonasında, Sisyan, Qafan rayonlarında olan azərbaycanlı kəndlərini dağıdıb dinc əhalini məhv etmiş, Sisyan rayonunun Urud, Darabas, Ağadi, Vağudi, Şükürlü, Məlikli, Şəki digər kəndlərinin sakinlərini qətlə yetirmişdir. Həmin günlərdə Qafan rayonunun Oxçu kəndinin əhalisinin başına gətirilən faciələr barədə Gəncə qubernatoruna 11 dekabr 1918-ci il tarixdə 300 nömrəli teleqramla xəbər verilmişdi. Teleqramda deyilirdi: “Zəngəzur qəzası rəisinin məlumatına görə, dekabrın 19-da Andranikin dəstəsi yerli ermənilərlə birlikdə Kığı dərəsində müsəlmanları qırırlar”.

Cəbrayıl-Zəngəzur zonasının qəza rəisi Namazəliyevin teleqramında isə göstərilirdi ki, dekabrın 10-da ingilis, fransız, ermənilər müsəlman kəndi olan Şabadinə bir neçə başqa kəndlərə hücum edirlər. Bir neçə kəndin kişilərini barışıq adı ilə Oxçu kəndinə çağırıb böyük bir dama doldurub, neft tökərək yandırmışlar.

Andranikin quldur dəstəsi 1918-ci ildə Zəngəzur zonasında yüzdən çox azərbaycanlı kəndini talayıb, dağıdıb, əhalisini yandırmışlar.

Ermənilərin qəddarlığı sayəsində İrəvanın başını qara buludlar almış, İran, Osmanlı imperiyası arasında olan qanlı müharibələr İrəvan şəhərinə ağır zərbələr vurmuşdu. Bu ağrı-acılı günlərdə Şimali Cənubi Azərbaycanın İrəvana köməyi sayəsində əhalinin şəhəri bərpa etməsi, yenidən dirçəlməsi bir daha sübut edir ki, qondarma Ermənistan ərazisi Azərbaycanın ayrılmaz bir parçası, doğma məskəni olmuşdur.

Tarixi mənbələr göstərir ki, 1827-ci il oktyabrın 1- rus qoşunları İrəvanı ermənilərlə birlikdə çətinliklə zəbt etdikdən sonra bədnam Türkmənçay müqaviləsinə (1828) əsasən İrəvan xanlığı Rusiyaya birləşdirilmiş, bununla da İrəvandakı azərbaycanlıların qara günləri başlanmış, əhali hər an təzyiqlərə, ermənilərin terroruna məruz qalmışdır.

İrəvanda həmin dövrdə 12 min nəfərlik 2400 ailə, şəhərin ətrafında isə vur-tut 1500-2000 erməni yaşayırdı. XIX əsrin axırları, XX əsrin əvvəllərində İrəvanda yeni məktəblər açılmış, dərslik bədii əsərlər nəşr olunmuş, milli mədəniyyət inkişaf etmişdir. İrəvanda 8 məscid tikilmişdi. Əzəmətli Göy Məscid Günlüklü Məscidi 1988-ci ilədək qalırdı.

Azərbaycanlıların 1948-1953- illərdə köçürülməsi haqqında qərarı İ.Stalin vermiş, bu işə Mikoyan başqaları da cəlb olunmuş, xalqımıza qarşı xəyanət toru hazırlamışlar. 1948-53- illərdə İrəvanın azərbaycanlı əhalisi mərhələ-mərhələ ata-baba torpaqlarından köçürülərək, onların əksəriyyəti Kür-Araz ovalığında yerləşdirilmişdir. Erməni qəddarlığı nəticəsində 1988-ci ildə İrəvanın azərbaycanlı əhalisi tamamilə doğma yurdlarından ayrılmış, həmin ərazilərə faşist xislətli erməni daşnakları yiyələnmişlər. Bu ədalətsizliyəQızıl Moskva”, ermənipərəst Mixail Qorbaçov göz yumdu.

Ermənistan adlı bir qara kölgə Qərbi Azərbaycanın digər bölgələri kimi, Göyçənin başı üzərində dolaşmaqda idi. 1918-ci ildə erməni quldur dəstələri Göyçədəazərbaycanlıların daha çox yaşadıqları Basarkeçər (Vardenis) rayonunda Novruz bayramı ərəfəsində qanlı cinayətlər törətdilər, yüzlərlə azərbaycanlı amansızlıqla qətlə yetirildi, qarlı-çovğunlu qış günlərində günahsız insanlar sıldırımlı dağ yolları ilə Kəlbəcər Gədəbəy rayonlarına doğru axışıb, zülm işgəncədən canlarını qurtardılar.

1988-ci ildə göyçəlilərin Qərbi Azərbaycandan kütləvi surətdə köçürülməsinə başlandı. Azərbaycan əhalisi o çətin günlərdə terrora məruz qaldılar, var-dövlətləri daşnaklar tərəfindən talan olundu. Buna köçürülmə yox, repressiya demək daha düzgün olardı.

Qədim Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Sünik, Zəngəzur mahalının ilk tayfa yaşayış yerləri, qəbiristanlıqları, qalalar, qalaüstü təsvirlər, alban orta əsrlər dövrünə aid yaşayış yerləri, şəhər qalıqları, körpülər, türbələr, məscidlər, karvansaralar, daş körpülər, at, qoç heykəlləri digər abidələrlə zəngin idi. Ancaq təəssüflər olsun ki, Birinci Qarabağ savaşından sonra həmin yerlər işğalçı ermənilər tərəfindən dağıdılıb, alt-üst edilmişdir.

Vaxtilə Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisyan), Meğri (Mehri), Zəngilan, Qubadlı Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında türk, kürd az sayda erməni əhalisi yaşayırdı.

Vurğulamaq lazımdır ki, Zəngəzur dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşir. Ona görə bu əraziyə Zəngi dərəsi deyirlər. Bütün Zəngəzur mahalı boyu uzanan bu dağ silsiləsi Tərtər Arpa çaylarının yuxarı axınlarından Araz çayınadək gedib çıxır.

Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşlarının mərkəzi, qanlı döyüşlərin məkanı olub. 1065-ci ildə Səlcuq-türk imperiyasının şanlı hökmdarı Alp-Aslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoydu. 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşdı.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu.

Qərarda Zəngəzur bölgəsi 2 yerə: Qərbi Zəngəzur qəzası Şərqi Zəngəzur qəzasına bölündü.

Artıq 30 ildir ki, Qərbi Zəngəzur ermənilər tərəfindən işğal olunmuş, qədim Oğuz ellərində faşist xislətli ermənilər məskunlaşmış, zəngəzurlu azərbaycanlılar doğma diyarı məcburi tərk etmişlər.

Prezident İlham Əliyevin bir fikrini xatırlamaq yerinə düşərdi: “Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır”...

İrəvan, Göyçə mahalı, Qərbi Zəngəzur illərdən bəridir ki, işğal altındadır. O yerlər bizim ulu babalarımızın, azərbaycanlıların əzəli torpaqlarıdır. Ermənilər üzərindəki hərbi üstünlüyümüz davam edəcək, gün gələcək ki, Zəngəzurun Qafan, Gorus, Sisyan, Meğri rayonları, Göyçə mahalı digər ərazilərimiz azad olunacaq.

Qədir ASLAN,

Respublika”.